Pleyeri seçin:

Tələbələr bufet qiymətlərindən şikayətləndi, satıcılar isə... - Baku TV

05 dekabr 2025

Tələbələr universitet bufetində satılan qidaların qiymətlərinin büdcələrinə uyğun olmadığından şikayət edirlər.

Onlar həmçinin bufetdə təqdim olunan yeməklərin tərkibinin də həmin qiymətlərə adekvat olmadığını bildirirlər.

Tələbələrin sözlərinə görə, oxşar menyular universitetdən kənardakı iaşə obyektlərində daha münasib qiymətə təklif olunur.

“Keçən dəfə şaurma aldım, içində ət yox idi. Ancaq kahı var idi. Məni aldadıblar. Üç manata kahı alıb yedim”, – tələbələrdən biri deyib.

“Bufetdə qiymətlər baha olur. Büdcəmə uyğun olmadığı üçün almıram”, – başqa bir tələbə bildirib.

İqtisadçı Xalid Kərimli deyir ki, qiymətlərə təsir edən əsas amil obyektlərin icarə şərtləridir. Onun sözlərinə görə, qiymət siyasətinin əvvəlcədən daha dəqiq razılaşdırılması tələbələr üçün daha uyğun şərait yarada bilər:

“Universitetlərdə bufetlər adətən sahibkarlara icarəyə verilir. Sahibkar isə icarə haqqını ödədikdən sonra işini təşkil etməkdə sərbəstdir. Hesab edirəm ki, universitetlər qiymət siyasətində şərtləri əvvəlcədən razılaşdırmalıdır. Bazar qiymətlərindən daha əlverişli tariflərin təklif edilməsi məsələsi diqqətdə saxlanmalıdır”.

Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV

Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV

Cəmiyyət
05 dekabr 2025
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI

Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI

Cəmiyyət
05 dekabr 2025
Bu mərhələdə doğma yurda 66 nəfər köçürülüb

Bu mərhələdə doğma yurda 66 nəfər köçürülüb

Cəmiyyət
05 dekabr 2025
Məhsəti Gəncəvini əxlaqsız kimi göstərənlərin planı | Eks-nazirin qızının qalmaqallı filmi - Baku TV

Məhsəti Gəncəvini əxlaqsız kimi göstərənlərin planı | Eks-nazirin qızının qalmaqallı filmi - Baku TV

Cəmiyyət
05 dekabr 2025
"Maşın da qalmır, dağılır..." - Mərkəzi küçələrdə sakinlərin başını bəlaya salan vəziyyət - Baku TV

"Maşın da qalmır, dağılır..." - Mərkəzi küçələrdə sakinlərin başını bəlaya salan vəziyyət - Baku TV

Cəmiyyət
05 dekabr 2025
Paytaxtın idarəetməsində hansı amillər çətinlik yaradır?

Paytaxtın idarəetməsində hansı amillər çətinlik yaradır?

Cəmiyyət
05 dekabr 2025
"Cərimələr" prospekti | Burada yaranan vəziyyət aləmi bir-birinə qatır - NECƏ OLMALIDIR?

"Cərimələr" prospekti | Burada yaranan vəziyyət aləmi bir-birinə qatır - NECƏ OLMALIDIR?

Cəmiyyət
05 dekabr 2025
WUF13-də 3 minə yaxın könüllünün iştirakı gözlənilir

WUF13-də 3 minə yaxın könüllünün iştirakı gözlənilir

Cəmiyyət
05 dekabr 2025
Bakıda güclü yağışdan sonra yaranan mənzərə

Bakıda güclü yağışdan sonra yaranan mənzərə

Cəmiyyət
05 dekabr 2025
DSMF daxmada yaşayan 5 oğul və ataya müavinət təyin etdi - Baku TV

DSMF daxmada yaşayan 5 oğul və ataya müavinət təyin etdi - Baku TV

Cəmiyyət
05 dekabr 2025
Seçilmişlər
icon