Pleyeri seçin:

Tərkibində yüksək miqdarda kalium mövcuddur

27 avqust 2026 285 baxış

Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər.

Bu barədə rusiyalı diyetoloq Malina Malkani açıqlamasında bildirib.

O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb. Malina Malkaninin sözlərinə görə, terminal mərhələdə böyrək çatışmazlığı olan insanlar bananı həddindən artıq yeməməlidirlər. Bunun əsas səbəbi meyvənin tərkibində yüksək miqdarda kaliumun olmasıdır.

Diabeti olan insanlar da banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki bananın tərkibində təbii şəkərlər mövcuddur və onun miqdarı bananın yetişmə dərəcəsindən asılı olaraq dəyişə bilər.

Diyetoloq qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yetişmiş banan əvəzinə daha yaşıl, tam yetişməmiş banan seçməyi məsləhət görüb. Mütəxəssis bu xəstəlikləri olmayan insanlar üçün gündə bir banan yeməyin, ümumiyyətlə, təhlükəsiz olduğunu bildirib.

Bununla yanaşı, o, qida rasionunun müxtəlif olmasının vacibliyini də vurğulayıb. "Bağırsaqdakı faydalı bakteriyaların fəaliyyəti üçün müxtəlif mənbələrdən lif qəbul etmək lazımdır. Hər gün eyni qidaları, hətta sağlamlıq üçün faydalı olan banan kimi məhsulları belə qəbul etmək qida rasionunun kifayət qədər müxtəlif olmamasına və bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər", – deyə diyetoloq xəbərdarlıq edib.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 285 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 285 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 285 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 285 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 285 baxış
Seçilmişlər
icon