Cəmiyyət
Pleyeri seçin:

Tovuz döyüşlərindən 3 il ötür

12 iyul 2023

İyulun 12-dən başlayan, 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləridən 3 il ötür.

2020-ci il iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutub. Döyüşlər zamanı hucüm cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib.

Ordumuzun göstərdiyi cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmənin 100-dən çox canlı qüvvəsi, xeyli sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbçimiz qəhrəmancasına şəhid olub. Ermənilərin atdığı mərminin evlərdən birinə düşməsi zamanı mülki şəxs 76 yaşlı Əziz Əzizov da şəhid olub.

Düşmənin artilleriya və minaatan zərbələri nəticəsində Tovuzun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Bununla yanaşı, Ordumuzun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunub.

Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsmayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Cəmiyyət
31 avqust 2024
Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Cəmiyyət
31 avqust 2024
Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Cəmiyyət
31 avqust 2024
Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Cəmiyyət
31 avqust 2024
Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Cəmiyyət
31 avqust 2024
"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

Cəmiyyət
31 avqust 2024
Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Cəmiyyət
31 avqust 2024
Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Cəmiyyət
30 avqust 2024
Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Cəmiyyət
30 avqust 2024
Azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkarlandı?

Azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkarlandı?

Cəmiyyət
30 avqust 2024
Seçilmişlər
icon