Pleyeri seçin:

Ukraynada savaşın görünməyən qəhrəmanı Ruslan Abbasov | 18 mindən çox meyiti...

18 aprel 2025 313 baxış

“DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlayıb göndərmişəm. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuliyyət çoxaldı”.

Bunu Ukrayna Daxili İşlər Nazirliyinin Dövlət Ekspertiza-Kriminalistik Mərkəzinin direktor müavini, ekspertiza xidmətinin rəhbəri Ruslan Abbasov Baku TV-yə müsahibəsində deyib.

O, Rusiya-Ukrayna savaşı və gördüyü işlə bağlı başqa faktları da açıqlayıb:

“Konkret işimiz meyitlərin və yaxud meyit parçalarının şəxsiyyətinin DNT üzrə müəyyənləşdirilməsidir. Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və bütün hüquq-mühafizə orqanları həm tanınmayan cəsədlərin, həm də yaxın qohumlarının DNT profilini bizə göndərir. Müharibə dövründə də müraciətlər kütləvi haldadır. Əsas vəzifəmiz müharibə ilə bağlı cinayətlərin sənədləşdirilməsidir. Rusiya-Ukrayna savaşında tanınmayan hala düşən cəsədlərin identifikasiyası ilə də məşğuluq. Yəni, təkcə DNT ekspertizaları aparmırıq. Xidmətimiz 77-dən çox məhkəmə ekspertizası növünü təmin edir”.

Onun sözlərinə görə, ekspertiza xidmtinə əsasən Xarkov, Xerson, Luqansk və Donetsk istiqamətlərində ölən insanların meyitləri daxil olur. Çünki gərgin döyüşlər həmin ərazidə gedir.

“18 mindən çox tanınmayan cəsədi DNT metodu ilə araşdırmışam. 10 mindən çoxunun artıq uyğunluğu var, yəni şəxsiyyəti müəyyən edilib. İşimiz psixoloji olaraq da çox çətindir. Çünki insanların tanınmaz halda ölən yaxınlarını bədən hissəsi ilə tutuşdurub, müəyyən edib onlara sübut etmək hədsiz məsuliyyət tələb edir. Bu işdə inamsızlıq, anlaşılmazlıq fəsadlara səbəb ola bilər. Biz də buna yol verməməliyik”, – deyə R.Abbasov bildirib.

Ehtiyatlı olun, hava kəskin pisləşir | Hava ilə bağlı xəbərdarlıq - Baku TV

Ehtiyatlı olun, hava kəskin pisləşir | Hava ilə bağlı xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Ağ örpəyə bürünən Kəlbəcərdən ürəkləri isidən görüntülər

Ağ örpəyə bürünən Kəlbəcərdən ürəkləri isidən görüntülər

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Toyuğun ayağı, başı yenidən toyuqlara yem kimi verilir? - "Belələri efirə çıxmamalıdır!" - Baku TV

Toyuğun ayağı, başı yenidən toyuqlara yem kimi verilir? - "Belələri efirə çıxmamalıdır!" - Baku TV

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Halsızlıq, başgicəllənmə əlamətlərini görüb keçməyin | Anemiya niyə təhlükəlidir? - BAKU MED

Halsızlıq, başgicəllənmə əlamətlərini görüb keçməyin | Anemiya niyə təhlükəlidir? - BAKU MED

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Ağdam və Kəlbəcərin yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib - Baku TV

Ağdam və Kəlbəcərin yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib - Baku TV

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Qəbiristanlıqlar niyə təmizlənmir? | Qurumlar hara baxır?- Baku TV

Qəbiristanlıqlar niyə təmizlənmir? | Qurumlar hara baxır?- Baku TV

Cəmiyyət
17 yanvar 2026 313 baxış
Qubada təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu - Baku TV

Qubada təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu - Baku TV

Cəmiyyət
16 yanvar 2026 313 baxış
Müharibə əlilləri və şəhid ailələrinə aid dəyişiklik artıq qüvvədədir

Müharibə əlilləri və şəhid ailələrinə aid dəyişiklik artıq qüvvədədir

Cəmiyyət
16 yanvar 2026 313 baxış
"Həyat yoldaşını valideyn seçirdi" | Ağdamlı qadının başına nələr gəlib? - O VAXTLAR

"Həyat yoldaşını valideyn seçirdi" | Ağdamlı qadının başına nələr gəlib? - O VAXTLAR

Cəmiyyət
16 yanvar 2026 313 baxış
Çarəsiz valideynlər imdad dilədi | "Bərbad gündədir, belə olmaz axı!" - Baku TV

Çarəsiz valideynlər imdad dilədi | "Bərbad gündədir, belə olmaz axı!" - Baku TV

Cəmiyyət
16 yanvar 2026 313 baxış
Seçilmişlər
icon