Uşaqların suda boğulmasının səbəbkarı valideynlərdir, yoxsa...? | Bu qaydalara mütləq əməl edin!
Son günlər hovuz və çayda boğularaq həyatını itirən uşaq və yeniyetmələrin sayı artıb.
Şəmkir rayonunda üzmək üçün çaya girən 3 azyaşlının, ailəsi ilə getdiyi istirahət mərkəzinin hovuzunda boğulan 4 yaşlı Nərminin, Zaqatalanın Yuxarı Tala kəndi ərazisində çaya düşən 2 yaşlı Səfiyənin taleyi eyni olub. Əksəriyyət bu kimi hadisələrin səbəbini valideyn məsuliyyətsizliyində görür.
Maraqlıdır, vətəndaşlar belə hallarla üzləşən zaman nə etməli olduğunu bilirmi?
“Süni nəfəs vermək, uşağı tərs çevirmək, kürəyindən yüngülcə vurmaq, başını aşağı sallamaq kimi ilkin tibbi yardım tədbirlərini həyata keçirmək lazımdır”, – deyə sakinlərdən biri bildirib.
Digər bir sakin isə belə deyib: “Bu cür hadisələr həm valideyn məsuliyyətsizliyi, həm də xilasedicilərin işinə ciddi yanaşmaması səbəbindən baş verir. Mən isə üzməyi bilmədiyim üçün boğulan şəxsə kömək edə bilmərəm”.
Övladları ilə istirahət mərkəzinə gedən valideynlər birmənalı olaraq təhlükəsizlik qaydalarını həm bilməli, həm də buna ciddi şəkildə əməl etməlidirlər. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, azyaşlılarla böyüklərin eyni hovuzda çimməsi qadağandır:
“Azyaşlılar üçün bir nəfərə 3-4 kvadratmetr, böyüklər üçün isə 5 kvadratmetrlik hovuz sahəsi nəzərdə tutulur. 200 kvadratmetrlik hovuza eyni anda 100-150 nəfərin daxil olması yolverilməzdir. Uşaqlar üçün hovuzun dərinliyi maksimum 70 santimetr, böyüklər üçün isə 1 metr 30 santimetrdən 1 metr 50 santimetrə qədər olmalıdır”.
#Boğulma hadisəsi teqi istifadə olunub
- 16 yaşlı oğlanın aqibəti ailəsini şoka saldı | "Gecə 12-dən sonra..." - Baku TV
- "Dedi ki, gedirəm..." - Bulvarda faciəvi şəkildə ölən məşhur fotoqrafın doğmaları danışdı - Baku TV
- "Yıxılıb suya, o da arxasınca" | Kanalda batan qızı xilas etmək istəyən atanın faciəvi sonu
- “Bəxtiyar sürüşüb getdi...” | Şahid bədbəxt hadisəni anbaan danışdı
- "Evdə adamlar olub, amma..." | Meyiti tapılan gənc müəllimin faciəvi ölümü
