“Atamın bir baxışı döyməkdən betər idi, anam isə...” | Əmircanlı Tofiq kişinin toyu niyə olmadı?
“O vaxtlar” verilişinin yeni buraxılışıda Əmircan sakini Tofiq Bayramov keçmiş ailə dəyərləri, valideyn-övlad münasibətləri ilə bağlı xatirələrini bölüşüb.
O, əvvəlki dövrlərdə böyüklərə hörmətə, ailə tərbiyəsinə daha çox önəm verildiyini söyləyib.
Bildirib ki, iki gənc arasında dava düşsəydi, ağsaqqalın təkcə görünməsi və qışqırması kifayət edirdi ki, hamı sakitləşsin.
Əmircanlı ağsaqqal ailə həyatı qurması barədə də danışıb və qeyd edib ki, evləndiyi qızı anasının onunla yaxşı yola gedəcəyini düşündüyü üçün seçib:
“Arzum olub ki, evlənənəcəyim qız məndən çox anamı sevsin. İsmayıllıya qastrola getmişdim. Dostuma rast gəldim və onlara qonaq getdim. Anasıgil mənə bir qızı göstərdilər. Daha sonra anamı ona baxmağa göndərdim. Anam da 2 gün sonra gəldi ki, üzüyü qızın barmağına taxdım”.
Tofiq Bayramov özünü qayınata kimi də nümunə göstərib və gəlininə daim hörmət etdiyini, hətta işdən gələndə yeməyi özü bişirib hazır qoyduğunu deyib.
