Pleyeri seçin:

Vardanyanın məhkəməsindən yeni məlumatlar | Hazırlıq iclasının detalları

18 yanvar 2025 185 baxış

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.

R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.

Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq, vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Allahla insan arasında vasitəçi olmalıdır? | Eyyub Yaqubov sufizmə gələn tənqidlərdən danışdı - AMİN

Allahla insan arasında vasitəçi olmalıdır? | Eyyub Yaqubov sufizmə gələn tənqidlərdən danışdı - AMİN

Cəmiyyət
04 mart 2026 185 baxış
Şad xəbər: Pensiya və müavinətlər vaxtından əvvəl veriləcək - Baku TV

Şad xəbər: Pensiya və müavinətlər vaxtından əvvəl veriləcək - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
Ramazan ayının 15-ci gününün duası - Baku TV

Ramazan ayının 15-ci gününün duası - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
İdman zalında ölüm hallarının səbəbi görün nədir | "Bunların ciddi fəsadları var!" - Baku TV

İdman zalında ölüm hallarının səbəbi görün nədir | "Bunların ciddi fəsadları var!" - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
Dəqiqə artdıqca qiymət də artır | Psixoloqların seans qiymətləri niyə belə bahadır? - Baku TV

Dəqiqə artdıqca qiymət də artır | Psixoloqların seans qiymətləri niyə belə bahadır? - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
"Maşın dağılıb gedir" | Qaş düzəldərkən göz çıxardılar | "Asfaltı vururlar, sonra..." - Baku TV

"Maşın dağılıb gedir" | Qaş düzəldərkən göz çıxardılar | "Asfaltı vururlar, sonra..." - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
"Kömək edin, qalmışıq burada!" - Dəhşətli vəziyyət | İnsanlar görün hansı şəraitdə yaşayır - Baku TV

"Kömək edin, qalmışıq burada!" - Dəhşətli vəziyyət | İnsanlar görün hansı şəraitdə yaşayır - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
Halı pisləşən işçiyə müdir etinasızlığı | Qurumlardan açıqlama - Baku TV

Halı pisləşən işçiyə müdir etinasızlığı | Qurumlardan açıqlama - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
"Pul tökürlər, amma..." | Xaricdəki universitetlərin diplomları hansı hallarda tanınmır? - Baku TV

"Pul tökürlər, amma..." | Xaricdəki universitetlərin diplomları hansı hallarda tanınmır? - Baku TV

Cəmiyyət
04 mart 2026 185 baxış
Sürücülərə qayda pozmağı təlimçilər öyrədir? - NECƏ OLMALIDIR?

Sürücülərə qayda pozmağı təlimçilər öyrədir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
03 mart 2026 185 baxış
Seçilmişlər
icon