Cəmiyyət
Pleyeri seçin:

Vəkil Xalq artisti üçün məhkəmədən nə tələb etdi? | Elə şeylər açıqlandı ki…

31 oktyabr 2024

Xalq artisi Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovun insidenti ilə bağlı cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda tərəflərdən biri – Nurəddin Cəlilov iştirak etsə də, qarşı tərəf – təqsirləndirilən Ağadadaş Ağayev prosesə gəlməyib.

Onun üzrlü səbəbdən prosesdə iştirak etməməsi ilə bağlı məhkəmənin elektron sisteminə teleqram daxil olub. Buna görə də Ağadadaş Ağayevin vəkili prosesin təxirə salınması ilə bağlı vəsatət təqdim edib.

Cinayət işi üzrə zərərçəkən qismində iştirak edən hospitalın əməkdaşı Nəzakət Paşayevanın vəkili Gülşən Salmanova isə Xalq artistinin prosesdə iştirak etməməsinə görə onun barəsində seçilən qətimkan tədbirinin həbslə əvəz edilməsi ilə bağlı vəsatət təqdim edib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti əsassız sayaraq onun barəsində seçilən polisin nəzarəti altında qətimkan tədbirinin qüvvədə saxlanılması haqda qərarı açıqlayıb. Növbəti proses noyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın Nəzakət Paşayevaya dəyib və o, xəsarət alıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Allahın ədalətini başa düşmək çox çətindir | Ölüm hökmü ədalətlidir? - AMİN

Allahın ədalətini başa düşmək çox çətindir | Ölüm hökmü ədalətlidir? - AMİN

Cəmiyyət
12 dekabr 2024
Beyni qocalmaqdan necə qoruyaq? | Alimlər hər şeyi açıqladı

Beyni qocalmaqdan necə qoruyaq? | Alimlər hər şeyi açıqladı

Cəmiyyət
12 dekabr 2024
Rövşən Rüstəmov Astara terminalının inşasından danışdı | Planlar açıqlandı

Rövşən Rüstəmov Astara terminalının inşasından danışdı | Planlar açıqlandı

Cəmiyyət
12 dekabr 2024
Təcili tibbi yardıma müraciətlərin sayı çoxalıb? | TƏBİB-in icraçı direktorundan açıqlama

Təcili tibbi yardıma müraciətlərin sayı çoxalıb? | TƏBİB-in icraçı direktorundan açıqlama

Cəmiyyət
12 dekabr 2024
Hər şeyin qiymətində artım var | Ən çox bahalaşan məhsulların siyahısı açıqlandı

Hər şeyin qiymətində artım var | Ən çox bahalaşan məhsulların siyahısı açıqlandı

Cəmiyyət
12 dekabr 2024
Bakı-Balakən istiqamətində ilk qatar fəaliyyətə başlayacaq | Rövşən Rüstəmovdan açıqlama

Bakı-Balakən istiqamətində ilk qatar fəaliyyətə başlayacaq | Rövşən Rüstəmovdan açıqlama

Cəmiyyət
12 dekabr 2024
Azərbaycanlı alim uzun illərdir həlli tapılmayan məsələnin öhdəsindən gəldi

Azərbaycanlı alim uzun illərdir həlli tapılmayan məsələnin öhdəsindən gəldi

Cəmiyyət
12 dekabr 2024
Bir sıra ölkələrdə Heydər Əliyevin xatirəsi anıldı | Əməkdaşımız məlumatları açıqladı

Bir sıra ölkələrdə Heydər Əliyevin xatirəsi anıldı | Əməkdaşımız məlumatları açıqladı

Cəmiyyət
12 dekabr 2024
Anar Quliyev qəzalı binalarla bağlı görüləcək işləri açıqladı

Anar Quliyev qəzalı binalarla bağlı görüləcək işləri açıqladı

Cəmiyyət
12 dekabr 2024
Heydər Əliyevin xatirəsi Berlində anıldı | Tədbirdə kimlər iştirak etdi?

Heydər Əliyevin xatirəsi Berlində anıldı | Tədbirdə kimlər iştirak etdi?

Cəmiyyət
12 dekabr 2024
Seçilmişlər
icon