Verginin ödəmə müddəti keçdikdə üzərinə faiz gəlir? | Ekspertlər məsələyə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan bələdiyyəsi tərəfindən vətəndaşın mobil nömrəsinə 24 manat 5 qəpik məbləğində əmlak vergisinin ödənilməsini tələb edən mesaj göndərilsə də, bir müddət sonra bu məbləğ 66 manat 40 qəpiyə qədər yüksəlib. Daha sonra Xırdalan bələdiyyəsi vergi məbləğini yenidən 24 manat 5 qəpiyə endirib. Bununla bağlı qurumdan vətəndaşa növbəti dəfə mesaj göndərilib.
Maraqlıdır ki, ödəniş portalında vətəndaşın 31 manat 97 qəpik əmlak vergisi üzrə, 40 manat isə maliyyə sanksiyasına görə borcu olduğu qeyd olunub.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, torpaq və əmlak vergisini bələdiyyəyə ödəməliyik:
“Vergilər ödənilmədikdə silinmir, üst-üstə yığılır. Onun ödəmə müddəti keçdikcə vətəndaş tərəfindən nəzərə alınmalıdır ki, burada dəbbə pulu da hesablanır”.
Vətəndaşa maliyyə sanksiyasının tətbiqi məsələsi ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə görə, bələdiyyələr tərəfindən maliyyə sanksiyaları tətbiq oluna bilər.
Lakin qeyd edilib ki, yerli vergilərlə bağlı sanksiya məbləği vergi qanunvericiliyi ilə dəqiq müəyyənləşdirilmədiyi üçün məsələ ilə əlaqədar mübahisə yarandığı zaman bələdiyyələr tərəfindən vətəndaşın xeyrinə həll edilir.
#Vergi ödənişi teqi istifadə olunub
- 2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM
- Vergidən yayınan bu məşhurlara kim dəstək verir? - BAKU AKTUAL
- Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı | Tahir Mirkişili
- Əhali daha az vergi ödəyəcək: kimlərə güzəşt ediləcək?
- Artıq ödənilən məbləğlər geri qaytarılacaq
