Pleyeri seçin:

Vətəndaşları bəhanələrlə aldadırlar... | Ölümlə üz-üzə qalan sakinlər nədən narazıdır?

27 noyabr 2024 728 baxış

Paytaxtda Fətəli Xan Xoyski, 128 ünvanında yerləşən yataqxananın sakinləri binada söküntü işləri aparan MTK-dan şikayətçidirlər.

Vətəndaşlar bildiriblər ki, şirkət onlarla razılaşmır və sakinlər öz evlərində olduğu halda MTK binadakı söküntü işlərini davam etdirir. Bu da sakinlərin həyatına təhlükə yaradır.

“Vətəndaşları müxtəlif bəhanələrlə aldadırlar. Camaata pul vermək istəmirlər. Çox əziyyət çəkirəm, haqqımı versinlər, çıxım gedib”, – deyə sakinlər narazılıqlarını bildiriblər.

MTK-nın icraçı direktoru Nurlan Məmmədov isə bildirib ki, 5 aydır sözügedən binalar qəzalı olduğuna görə istismarı dayandırılıb:

“On səkkiz kvadratmetr hər bir sakinə düşən paydır. Biz onlara 35 kvadratmetr təklif etdik. Şirkət yeni təmir olunmuş binalarda vətəndaşlara kirayə mənzillər təqdim etdi. Altı məcburi köçkün və iki sakin isə bizim təklifimizlə razılaşmadı. Biz yenə də onlarla görüş edəcəyik”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin yataqxanada 15-dən çox məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

Yataqxananın qəzalı vəziyyətdə olması səbəbindən 12 ailə bir müddət əvvəl qurum tərəfindən Məcburi Köçkünlərin Müvəqqəti Yerləşdirilməsi Fonduna məxsus mənzillərə köçürülüb. Hazırda yataqxanada qalan üç ailəyə mənzillər təklif edilib. Həmin mənzillərə köçməyə razılıq verdikləri halda onların köçürülməsi Dövlət Komitəsi tərəfindən təmin ediləcək. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 728 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 728 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 728 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 728 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 728 baxış
Seçilmişlər
icon