Pleyeri seçin:

Xankəndi şəhərinin sukanal sahələrində bərpa işləri aparıldı | Mexanizm belə quruldu

29 avqust 2024 754 baxış

Xankəndidə su təsərrüfatı bərpa olunub.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar işçi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır.

ADSEA Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib. Bildirilib ki, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.

Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir.

Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur. Fəaliyyəti bərpa olunan 1 nömrəli Sutəmizləyici Qurğu vasitəsilə gündəlik 8 min kubmetr su təmizlənir. Bunun nəticəsində şəhər şəbəkəsi 24 saat su ilə təmin edilir.

Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 754 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 754 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 754 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 754 baxış
Seçilmişlər
icon