Xaricdə özünə iş quran şəxs indi niyə "besedka"da yatır? | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı küçələrdə qalan Səməd Həsənəliyevdir.
Səmədin sözlərinə görə, o, Rusiyada və Türkiyədəki işlərini yarımçıq qoyaraq dayısına böyrəyini bağışlamaq üçün Vətənə qayıdıb:
“Dayım altı ildir dializdə idi, böyrək tapa bilmirdi. Dedim, mən verərəm. O da söz verdi ki, böyrəyimi verdikdən sonra mənə maşın alacaq, bir sot torpaqda ev tikəcək. Dayımın iki qızı və bir oğlu var, amma heç biri kömək etmədi. Mən böyrəyimi bağışladım, sonra isə mənə sahib çıxmadılar. Evinə gedəndə dedi ki, səni tanımıram. İki-üç aydır söhbətgahda qalıram”.
Dayısı isə onun dediklərini təkzib edərək bildirib ki, Səməd içki aludəçisi olduğuna görə bu vəziyyətə düşüb:
“Böyrəyini verdiyinə görə ona 5000 manat ödəmişəm. Hətta övladlarının alimentini də onun yerinə mən ödəyirəm”.
#Səməd Həsənəliyev teqi istifadə olunub
