Xarici jurnalistlər Laçın-Xankəndi yolunda
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə əlaqədar bir qrup xarici media orqanının nümayəndələrinin bölgəyə səfəri təşkil olunub.
Səfər zamanı media nümayəndələri aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırılıb. Səfər iştirakçılarından “The Travel Magazine” jurnalının əməkdaşı Robert Parkerin sözlərinə görə, Laçın-Xankəndi yolunda ətraf mühitin çirklənməsinə, təbii sərvətlərin qanunsuz istismarına etiraz edən ekoloqların tələbləri çox önəmlidir.
“Buraya yalnız bu gün gəlsəm də, gənclərin ekoloji cinayətlərə qarşı etirazını görməkdən çox xoşbəxtəm və qürur duyuram. Təbiətin gözəlliyini qorumaq Yer kürəsinin hər bir sakininin borcudur. Burada, Qarabağda çox gözəl dağlar var. Düşünürəm ki, ekologiya fəallarının çirklənməni dayandırmaq üçün etdikləri çox önəmlidir”, - deyə jurnalist qeyd edib.
#Qarabağ teqi istifadə olunub
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Türkiyə öz təcrübəsini bölüşərək Qarabağın dirçəldilməsində fəal iştirak edəcək - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV
- "Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır" | Prezident
