Cəmiyyət
Pleyeri seçin:

Xəzər dənizinin suyu içməli suya çeviriləcək

14 sentyabr 2023

Qlobal iqlim dəyişikliyi yenidən Xəzər dənizinin suyunun şirinləşdirilməsinə ehtiyac yaradıb.

Belə ki, Prezident İlham Əliyevin 2023-cü ilin aprelin 12-də imzaladığı sərəncamla paytaxtın və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə İsrailin milli su operatorunun birlikdə reallaşdırdığı layihə çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, Azərbaycanda dəniz suyunun içməli suya çevrilməsi yeni hadisə deyil. Lakin o vaxtlar köhnə texnologiyalardan istifadə olunurdu. Hazırda dəniz suyunun şirinləşdirilməsi müasir texnologiyalarla həyata keçirilir.

Ekspert bildirir ki, bu xərclər texnologiyaların seçimindən asılı olaraq dəyişir. Okean suyunun bir kubmetrinin duzsuzlaşdırılması 1 manat 50 qəpikdən 2 manatadək başa gəlir. Xəzər dənizinin suyunun duzluluğu isə okeanla müqayisədə xeyli aşağı olduğundan suyun şirinləşdirilməsinə xərclənəcək vəsait də az olacaq.

Ekoloq Sevil Yüzbaşova isə hesab edir ki, su mənbələri insanların məskunlaşdıqları ərazilərə yaxın olmalıdır.

Bu üsul dünya təcrübəsində də sınaqdan keçirilir. İsraildə istehlakçılara verilən suyun təqribən 60 faizi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə edilir.

Bundan əlavə, Qətərdə, Səudiyyə Ərəbistanında, İspaniyanın və Fransanın cənub, ABŞ-nin qərb hissəsində suya olan tələbat dəniz və okean sularının duzsuzlaşdırılması yolu ilə ödənilir.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
22 noyabr 2024
Müştəri evdə yağı əritməyinə peşman oldu |  AQTA-dan məsələ ilə bağlı açıqlama

Müştəri evdə yağı əritməyinə peşman oldu | AQTA-dan məsələ ilə bağlı açıqlama

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon