Cəmiyyət
Pleyeri seçin:
Xiyarın qiymətinin ucuzlaşmasının səbəbi nədir? | Satıcılar narazıdır
Şəmkir rayonunda xiyarın topdansatış qiymətində kəskin ucuzlaşma olub.
Belə ki, məhsulun hazırda növündən asılı olaraq bir kiloqramının topdansatış qiyməti 70-90 qəpik arasında dəyişir. Bu tərəvəzin topdansatış 10 kiloqramlıq kisəsi isə 7-9 manata təklif olunur.
Satıcılar bildiriblər ki, məhsulun bu qədər ucuzlaşmasına səbəb tələbatın olmamasıdır.
Şəmkirdən fərqli olaraq paytaxtda isə qiymətlər tamam başqadır. Bakıda bu tərəvəzin qiyməti 2-4 manat arasında dəyişir.
“Məhsul rayondan Bakıya gətirilənə kimi nə qədər xərci çıxır. Yola çox pul xərclənir, yoxsa mal ucuzdur. Alıcı isə yoxdur”, – satıcı deyib.
Görünən odur ki, paytaxtda xiyarın qiymətinin yüksək olmasına səbəb bazarlara gətirilən məhsulun baha alınmasıdır.
Kopyalandı
Seçilmişlər