Pleyeri seçin:
Yeni ilə yeni sağlamlıq problemləri ilə girmək istəmirsinizsə, diqqətli olun!
Süni ağacların və Milad bəzəklərinin istehsalında insanın reproduktiv, endokrin və tənəffüs sistemlərinə zərər verə bilən polivinilxloriddən tez-tez istifadə olunur.
“SberZdorovye” şirkətinin ümumi praktikantı Polina Lepilova “İzvestiya”ya müsahibəsində bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ftalatlar plastikdən qaçaraq məişət tozuna çevrilə, sonradan qida və ya hava vasitəsilə bədənə daxil ola bilər. Eyni zamanda belə əşyalarda insanlar üçün zərərli olan qurğuşundan da tez-tez istifadə olunur.
P.Lepilova vurğulayıb ki, polietilen və ya polipropilendən hazırlanan süni ağaclar daha təhlükəsizdir, çünki qurğuşun və ya ftalatlarla çirklənmə riski xeyli aşağıdır. Bu tip plastiklər qızdırıldıqda da zərərli maddələr buraxmır.
Kopyalandı
