Pleyeri seçin:

Yuxusuzluğun fərqinə varmadığımız zərərləri

10 iyun 2026 302 baxış

"Yuxu çatışmazlığı ürəyi yağlı qidalardan daha tez məhv edir".

Rusiyalı kardioloq Elvira Xaçirova xroniki yuxu çatışmazlığının və yuxu zamanı tənəffüsün dayanmasının ürək-damar sistemi üçün zərərli qidalanmadan daha təhlükəli olduğunu bildirib.

Mütəxəssis pis xolesterinin, kərə və donuz piyinin ürəyə zərəri barədə geniş yayılmış mifi təkzib edərək qeyd edib:

"Bu, köhnəlmiş və zərərli bir yanaşmadır. Hazırda biz gənc pasiyentləri yuxusuzluq və tənəffüs problemlərinə görə itiririk. Bu, istənilən yağlı qidadan daha təhlükəlidir. Yağlı yeməklərdən uzaq duran, lakin həftədə 60 saat işləyən arıq insanlarda infarkt riski, səkkiz saat yatan və steyk sevən şəxslərə nisbətən daha yüksəkdir".

Həkimin sözlərinə görə, apnoe zamanı insan 10-60 saniyə nəfəs ala bilmir. Bu zaman qanda oksigen səviyyəsi kritik həddə – 60-70 faizə qədər düşür. Ardınca orqanizmə güclü adrenalin və kortizol dozası ifraz olunur, ürək döyüntüsü sürətlənir, təzyiq isə kəskin yüksəlir:

"Bu hal gecə ərzində dəfələrlə təkrar olunur. Bir gecədə ürək 200-400 belə "mikroinfarkt" vəziyyəti yaşayır. Nəticədə miokard aşınır, damarlar isə elastikliyini itirir".

E.Xaçirova vurğulayıb ki, apnoedən əziyyət çəkən insanlarda ciddi pəhriz saxlasalar belə, hipertoniya riski dörd dəfə yüksəkdir. Xroniki yuxusuzluq infarkt riskini 45 faiz artırır, ağır apnoe xəstələrində isə yuxuda ürək dayanması nəticəsində qəfil ölüm ehtimalı üç dəfə yüksəkdir.

Mütəxəssis diaqnoz təsdiqləndikdən sonra mütləq həkimə müraciət edərək müalicəyə başlamağı tövsiyə edib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 302 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 302 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 302 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 302 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 302 baxış
Seçilmişlər
icon