Zəlzələdən zərərçəkən Kürdəmir sakinlərinə yardım ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəlzələnin baş verdiyi saatlarda heç nə hiss etmədim. Səhər baxanda gördüm ki, evimin tavanı çöküb, divarlarda çatlar əmələ gəlib. Evim qəzalı vəziyyətə düşüb”.
Bu sözləri sentyabrın 3-də axşam saatlarında baş verən zəlzələdən zərər görən Kürdəmir sakini deyib.
Sakin problemin həlli üçün aidiyyəti qurumlara müraciət edib: “Aidiyyəti qurumlardan xahiş edirəm, gəlib evimdə qiymətləndirmə aparsınlar. Özüm az miqdarda maaş alıram, bunun hamısının bərpasına gücüm çatmaz”.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə baxışlar davam edir, dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
