78 milyon yaşı olan titanozavrın özəllikləri | Tədqiqatçılardan maraqlı məlumatlar
Bir qrup paleontoloq Argentinada yeni uzunboyunlu dinozavr növü aşkarlayıb.
“Chadititan calvoi” və ya xalq arasında “uzun titanı” kimi adlandırılan varlıq təxminən 6,7 metr uzunluğunda olub və 78 milyon il əvvəl yaşamış bir növ kimi təsvir edilir.
Bu tapıntı Təbaşir dövründə bu ərazidə meqaraptorlar və gigantazavrlar kimi böyük yırtıcıların mövcudluğu nəzərə alındıqda olduqca maraqlı hesab edilir.
Yaxşı qorunmuş fosillər əsasında alimlər “Chadititan”ın digər titanozavrlardan fərqli olaraq daha kiçik və incə quruluşa malik olduğunu müəyyən ediblər. Onun uzun fəqərələri və nazik ətraf sümükləri var.
Bundan əlavə, bu dinozavr ot yeyən olub və “Rinconsaurian” qrupuna aid edilib.
Fosillər Argentinanın şimalında yerləşən Anakleto formasiyası qatında aşkarlanıb. Bu bölgədə eyni zamanda qədim dəniz ilbizləri, qızıl balıqlar, timsahların əcdadları, şirin su tısbağaları və digər canlılara aid fosillər də tapılıb.
Hazırda araşdırmalar davam etdirilir.
