800 milyard dollarlıq sazişlər imzalana bilər
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayamidə keçiriləcək.
Bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina öz "Facebook" hesabında bildirib.
"Ukrayna ABŞ ilə dövlətimizin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı barədə fəal məsləhətləşmələri davam etdirir. Yanvarın 17-də Mayami şəhərində danışıqlar keçiriləcək", – deyə o qeyd edib.
"Biz iki əsas sənəd – təhlükəsizlik zəmanətləri və ümumi həcmi 800 milyard dollara qədər olan Ukraynanın iqtisadi inkişafı haqqında sazişlər üzərində işləyirik, bunlar da Davosda, Dünya İqtisadi Forumunda imzalana bilər. Səfərin məqsədi bu razılaşmaları amerikalı tərəfdaşlarla Ukrayna milli maraqlarına maksimum uyğun gələcək şəkildə tamamlamaqdır", – deyə səfir sözlərinə əlavə edib.
Qeyd edək ki, danışıqlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Volodimir Zelenskinin ofis rəhbəri Kirill Budanov və hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri iştirak edəcəklər.
#ABŞ teqi istifadə olunub
- Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib
- ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV
- Tramp Messini Ağ Evdə qarşıladı: "Oğlum sənin böyük fanatındır"
- İran daxilində böhran dərinləşir: partlayışlar, siyasi çəkişmələr və yeni lider axtarışı
- Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR
