Pleyeri seçin:

ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu

25 dekabr 2025 179 baxış

Almaniya hökuməti ABŞ-nin Almaniyada yerləşən "HateAid" təşkilatının liderlərinə qarşı viza məhdudiyyətlərini kəskin tənqid edib.

Etirazı Almaniyanın ədliyyə naziri Stefani Hubiq "X" hesabında yazıb.

O, ABŞ administrasiyasının senzura ittihamlarını rədd edib: "HateAid" rəqəmsal məkanda qanunsuz nifrət təbliğatının qurbanlarını dəstəkləyir. Təşkilat rəqəmsal sahədə fərdi hüquqların qorunmasının təmin edilməsinə mühüm töhfə verir. Bunu senzura adlandıran hər kəs bizim qanunun aliliyi sistemimizi təhrif edir. Almaniyada və Avropada rəqəmsal sahədə yaşamaq istədiyimiz qaydalar Vaşinqtonda müəyyən edilməyib".

Öz növbəsində Almaniyanın xarici işlər naziri Yohann Vadeful da "X" hesabında ABŞ tədbirlərini tənqid edərək onları qəbuledilməz adlandırıb: "ABŞ tərəfindən tətbiq edilən giriş qadağaları, o cümlədən HateAid təşkilatının liderlərinə qarşı tətbiq edilən qadağalar qəbuledilməzdir".

O, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununun Avropa Birliyi üçün qəbul edildiyini və heç bir ekstraterritorial təsiri olmadığını vurğulayıb: "Tərəfdaşlığımızı gücləndirmək üçün ABŞ ilə hər hansı bir fikir ayrılığını transatlantik dialoq vasitəsilə aydınlaşdırmaq istəyirik".

Ukrayna Volqoqrad neft emalı zavoduna zərbələr endirib

Ukrayna Volqoqrad neft emalı zavoduna zərbələr endirib

Dünya
12 fevral 2026 179 baxış
Nazirdən ABŞ-nin planları barədə diqqətçəkən açıqlama

Nazirdən ABŞ-nin planları barədə diqqətçəkən açıqlama

Dünya
12 fevral 2026 179 baxış
Bu ölkələrə səyahət etmək istəyənlər mütləq bilsin | ABŞ-dən xəbərdarlıq - Baku TV CANLI

Bu ölkələrə səyahət etmək istəyənlər mütləq bilsin | ABŞ-dən xəbərdarlıq - Baku TV CANLI

Dünya
12 fevral 2026 179 baxış
Yer kürəsində yeni və daha ağır iqlim mərhələsi formalaşa bilər

Yer kürəsində yeni və daha ağır iqlim mərhələsi formalaşa bilər

Dünya
12 fevral 2026 179 baxış
Rusiya ABŞ ilə hansı məsələdə müzakirə aparmaq niyyətindədir? - Baku TV

Rusiya ABŞ ilə hansı məsələdə müzakirə aparmaq niyyətindədir? - Baku TV

Dünya
12 fevral 2026 179 baxış
Tramp Şərqə hücum qrupu göndərir?

Tramp Şərqə hücum qrupu göndərir?

Dünya
12 fevral 2026 179 baxış
Portuqaliyada daşqınlar səbəbindən təxminən 3 min sakin təxliyə edildi

Portuqaliyada daşqınlar səbəbindən təxminən 3 min sakin təxliyə edildi

Dünya
12 fevral 2026 179 baxış
“Gezani” siklonu 250 mindən çox insana zərər vurub

“Gezani” siklonu 250 mindən çox insana zərər vurub

Dünya
12 fevral 2026 179 baxış
Sülh masasında gərginlik | Putin dəvəti qəbul etmədi? - Baku TV

Sülh masasında gərginlik | Putin dəvəti qəbul etmədi? - Baku TV

Dünya
12 fevral 2026 179 baxış
“Mən müharibəni başladan ölkəyə gedə bilmərəm” | Volodimir Zelenski

“Mən müharibəni başladan ölkəyə gedə bilmərəm” | Volodimir Zelenski

Dünya
12 fevral 2026 179 baxış
Seçilmişlər
icon