Pleyeri seçin:
ABŞ bu dəfə hansı ölkəni sıxışdıracaq? | Trampdan sərt xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp Hindistanın aprelin 2-dən yeni gömrük rüsumları ilə qarşılaşacağını bildirib.
Tramp Hindistanın “dünyanın ən yüksək rüsum tətbiq edən ölkələrindən biri” olduğunu və ABŞ-nin də bu ölkədən idxal olunan məhsullara eyni tarifləri tətbiq edəcəyini deyib.
Hindistan rəsmiləri ticarətlə bağlı maneələri azaltmağa çalışırlar. Bu məqsədlə müəyyən idxal rüsumlarını aşağı salmaq və ABŞ-dən daha çox enerji və hərbi məhsullar almağa üstünlük verərək rəsmi Vaşinqtonla razılığa gəlməyə səy göstərirlər.
Nəticə etibarı ilə Tramp Hindistana gömrük tariflərinin tətbiq edilməsində israrlı olsa da, qarşı tərəf məsələyə optimist yanaşmaqdadır.
Kopyalandı
