Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib
Rusiya Silahlı Qüvvələrinin bütün cəbhə boyunca irəlilədiyini və bir neçə əlverişli mövqe tutduğunu açıqlayıb, Ukrayna isə dekabrın 21-də qoşunlarının Sumı bölgəsindəki bir neçə mövqedən geri çəkildiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyinin son hesabatında qeyd edilib ki, son 24 saat ərzində Rusiya qüvvələri Ukrayna hərbi-sənaye müəssisələrinə, eləcə də Ukrayna hərbi birləşmələrini dəstəkləyən enerji, nəqliyyat və saxlama infrastrukturuna zərbələr endirib.
Nazirliyin məlumatına görə, zərbələr həmçinin Ukraynanın uzaqmənzilli dron yığım məntəqələrini və Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə yerlərini hədəf alıb.
Dekabrın 21-i Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb ki, Rusiya qoşunlarının sürətli irəliləməsi səbəbindən Ukrayna qüvvələri Sumı bölgəsində Rusiya ilə sərhəddə yerləşən bir kəndin yaxınlığındakı bir neçə mövqedən geri çəkilib.
Ukrayna tərəfi bildirib ki, qoşunları sərhəd bölgəsində əməliyyatları davam etdirərək Rusiya şəxsi heyətində itkilərə səbəb olub və Rusiya qüvvələri Ukrayna tərəfinin atəşinə məruz qalıb.
Digər bir tərəfdən ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff sosial şəbəkə hedabında yazıb ki, son üç gün ərzində Floridada Amerika, Avropa və Ukrayna rəsmiləri arasında Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə aparılan danışıqlar məhsuldar və konstruktiv olub.
"Bizim ortaq prioritetimiz qətllərin qarşısını almaq, zəmanətli təhlükəsizliyi təmin etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır", – deyə Uitkoff bildirib.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukrayna Rusiyanın dəhlizi bağlamasını BMT gündəminə çıxarmağı tələb etdi - Baku TV
- Kramatorsk ətrafında hərbi toqquşmaların intensivliyi artıb, Rusiya Ordusu irəliləyir - Baku TV
- Ukrayna şəhərləri hədəfdə: İtki və dağıntılarla bağlı yeni təfərrüatlar - Baku TV
- Müharibənin taleyini dəyişəcək hücumlar | Rusiya və Ukrayna arasında zərbələr şiddətlənir - Baku TV
- Ukrayna əsgərləri yeni dronlardan istifadə etməyə başlayıb
