Pleyeri seçin:

Müharibənin taleyini dəyişəcək hücumlar | Rusiya və Ukrayna arasında zərbələr şiddətlənir - Baku TV

06 iyul 2026 307 baxış

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodromlarına, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də logistik mərkəzlərə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, məhv edilən obyektlər arasında PUA-ların və onlar üçün komponentlərin istehsal və saxlanma məntəqələri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələri də yer alıb.

Nazirliyin məlumatına görə, Rusiya Ordusu Çerniqov vilayətindəki yaşayış məntəqəsində yerləşən qazpaylayıcı stansiyaya, eyni zamanda Sumı vilayətindəki 110 kV-luq elektrik yarımstansiyasına zərbə endirib. Bundan başqa, Silahlı Qüvvələr Çerniqov vilayətində yük daşıyan dəmir yolu qatarına zərbə endirib.

Ukrayna Ordusu da zərbələrə zərbələrlə cavab verib. Belə ki, iyulun 5-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımdakı hərbi aerodroma zərbə endirib. Aerodrom Rusiya Ordusunun operativ-taktiki və hərbi dəniz aviasiyasının təyyarələrinin yerləşdirilməsi, döyüş uçuşlarının təmin edilməsi, logistika və aviasiya texnikasına texniki xidmət məqsədilə istifadə olunur.

Bununla yanaşı, Donetsk vilayətində yaşayış məntəqəsi yaxınlığında avtomobil körpülərinə də zərbələr endirib. Həmçinin ordu qüvvələri tərəfindən Donetsk və Xerson vilayətlərində yaşayış məntəqələri yaxınlığında yerləşən üç sursat anbarının vurulduğu bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert “Madyar” Brovdi isə “Facebook” hesabında yazıb ki, son 48 saat ərzində Krım ərazisində 16 enerji qovşağı sıradan çıxarılıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 307 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 307 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 307 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 307 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 307 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 307 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 307 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 307 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 307 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 307 baxış
Seçilmişlər
icon