Pleyeri seçin:
ABŞ-də şokolad zavodunda güclü partlayış
ABŞ-nin Pensilvaniya ştatının West Reading şəhərindəki “R.M.Palmer Company” şirkətinin şokolad fabrikində güclü partlayış baş verib.
Hadisə anbaan yerli televiziya kanalının müşahidə kamerası tərəfindən qeydə alınıb. Partlayışdan sonra güclü yanğın baş verib. Məlumata görə, azı 2 nəfər ölüb, daha 9 nəfər itkin düşüb. Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilib.
Yerli media çoxlu yaralıların olduğunu bildirir, amma dəqiq rəqəm açıqlanmayıb. West Reading xəstəxanasından bildirilib ki, hadisə nəticəsində yaralanan 8 nəfər bu səhiyyə müəssisəsinə yerləşdirilib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
