ABŞ-dən Moskva görüşünə münasibət
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
Mayın 25-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünə münasibət bildirən M.Miller Azərbaycanla Ermənistan arasında razılıq əldə olunana qədər ABŞ-nin danışıqları dəstəkləməkdə davam edəcəyini deyib.
“ABŞ Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda iki tərəfi də salamlayıb. Daha sonra Brüsseldə danışıqlar davam edib və davam edən danışıqları dəstəkləyirik. Razılığın əldə olunduğuna inanırıq və həll edilməmiş olan bəzi məsələlərdə ortaq razılığa gəlmək üçün iki tərəfi birgə işləməyə davam etməyə çağırırıq”, – deyə Dövlət Departamentinin rəsmisi bildirib.
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
