ABŞ-dən Rusiya və Çinə çağırış
ABŞ Rusiya və Çinlə bərabər şərtlərlə nüvə sınaqlarına qayıdacaq, lakin atmosferdə meqaton sinifli partlayışlar həyata keçirməyəcək.
Bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Ya bildirib.
"Prezidenti Donald Trampın dediyi kimi, ABŞ bərabər şərtlərlə sınaqların keçirilməsinə qayıdacaq. Lakin bərabər şərtlər, nüvə atmosfer sınaqlarına qayıdacağımız mənasını vermir. Bərabər şərtlər müəyyən bir standarta uyğunluq deməkdir. Bu standartın nədən ibarət olduğunu başa düşmək üçün Çin və Rusiyaya baxmaq zəruridir", – deyə o qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi həmçinin vurğulayıb ki, Rusiya ilə ABŞ arasında START, yəni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin bəndlərinə əməl etməyə davam etmək barədə razılaşma yoxdur. Onun sözlərinə görə, START-ın müddətinin başa çatması ilə əlaqədar Vaşinqton gələcəkdə silahlara nəzarəti təmin etmək üçün strateji sabitlik üzrə çoxtərəfli danışıqların aparılmasını təklif edir.
Kristofer Yanın fikrincə, çoxtərəfli yanaşma nüvə silahlanması üzrə nəzarətsiz yarışın qarşısını almağa, onların artırılmasını məhdudlaşdırmağa və zərurət yarandıqda, nüvə silahına malik olan və nüvə silahının yayılmaması ilə bağlı müqavilənin iştirakçısı olmayan dövlətlərə aid məsələləri həll etməyə kömək edəcək.
#ABŞ teqi istifadə olunub
- İran yeni ali lideri üçün səbirsizlənir
- İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM
- İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri
- ABŞ-də həbsdə saxlanılan Maduro ölkəsinə bu mesajı yolladı
- ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV
