Pleyeri seçin:

ABŞ dövlət katibi vəzifəsinə namizəd kim olacaq? | Tramp Baydeni tənqid etdi

17 yanvar 2025 292 baxış

ABŞ Prezidenti Cozef Baydenin Administrasiyası səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Xarici media xəbər verir ki, ancaq bu niyyət gerçəkləşsə, ölkə uzun müddət siyahıdan kənarda qalmayacaq.

Bildirilir ki, böyük ehtimalla gələn həftə Ağ Evin yeni sahibinin inaqurasiyasından sonra Kuba yenidən həmin siyahıya qaytarılacaq. Donald Trampın özü Kubaya və onun rəhbərliyinə son dərəcə mənfi münasibət bəsləyir. Amerikanın növbəti “Havana yürüşü”nün əsas təşkilatçısının ABŞ Dövlət katibi vəzifəsinə namizəd Marko Rubio olacağı bildirilir.

O, C.Baydenin qərarını “tamamilə əsassız” olduğu üçün tənqid edərək deyib ki, Kubanın terrorun sponsoru olduğuna şübhə yoxdur. M.Rubio Havananın Kolumbiyada “narkoterror təşkilatlarını” dəstəklədiyini iddia edir.

Qeyd olunur ki, gələcək Dövlət katibi kubalı mühacir ailəsindəndir və adaya qarşı yeni, daha da sərt sanksiyaların tətbiqini tələb etməklə yanaşı, həm də orada hökumətin mümkün qədər tez dəyişməsi üçün hər şeyi edəcəyini vəd edir.

Ağ Evin Kubanın terrorizmi himayə etməkdə ittiham olunmayacağı ilə bağlı açıqlaması Kuba hökumətinin D.Trampın andiçmə mərasimi günü müxtəlif cinayətlərə görə məhkum edilmiş 550-dən çox adamı azadlığa buraxmaq qərarından sonra verilib. İddiaya görə, rəsmi Havanadan bunu Vatikan və şəxsən Papa Fransisk tələb edib.

Kaya Kallas yaranan böhranlardan danışdı

Kaya Kallas yaranan böhranlardan danışdı

Dünya
28 yanvar 2026 292 baxış
Robert Köçəryan növbəti açıqlaması ilə gündəmə gəlib

Robert Köçəryan növbəti açıqlaması ilə gündəmə gəlib

Dünya
28 yanvar 2026 292 baxış
Hüquqazidd əməllərin 90,5 faizinin üstü açılıb

Hüquqazidd əməllərin 90,5 faizinin üstü açılıb

Dünya
28 yanvar 2026 292 baxış
“Hazırda onlarla məsləhətləşmələr aparılır” | İran XİN-dən açıqlama

“Hazırda onlarla məsləhətləşmələr aparılır” | İran XİN-dən açıqlama

Dünya
28 yanvar 2026 292 baxış
Həyat yoldaşını parkda öldürən şəxsə hökm oxunub

Həyat yoldaşını parkda öldürən şəxsə hökm oxunub

Dünya
28 yanvar 2026 292 baxış
Donald Tramp dolların dəyərindən danışıb

Donald Tramp dolların dəyərindən danışıb

Dünya
28 yanvar 2026 292 baxış
Polşanın Silahlı Qüvvələri niyə müasir münaqişələr üçün hazır deyil?

Polşanın Silahlı Qüvvələri niyə müasir münaqişələr üçün hazır deyil?

Dünya
28 yanvar 2026 292 baxış
Avropanın enerji xəritəsi dəyişir | Rusiya faktoru silinir? - Baku TV CANLI

Avropanın enerji xəritəsi dəyişir | Rusiya faktoru silinir? - Baku TV CANLI

Dünya
28 yanvar 2026 292 baxış
Böyük Britaniyanın nüvə silahı daşıyıcıları İsveçdə yerləşdiriləcək?

Böyük Britaniyanın nüvə silahı daşıyıcıları İsveçdə yerləşdiriləcək?

Dünya
28 yanvar 2026 292 baxış
Ağ Evdə Putin və Trampın birgə şəkli yerləşdirilib

Ağ Evdə Putin və Trampın birgə şəkli yerləşdirilib

Dünya
28 yanvar 2026 292 baxış
Seçilmişlər
icon