Pleyeri seçin:

İranın ballistik raketlərlə bu hücumu dünyaya səs saldı | Pentaqondan təcili məlumat - Baku TV

21 mart 2026 14 baxış

İran Hind okeanında yerləşən Dieqo Qarsiyadakı ABŞ-Britaniya birgə bazasına hücum edib.

Bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Xəbərə görə, İran martın 19-u axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb. Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.

Qeyd edək ki, Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 km uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.

Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-nin bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunan esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir. Pentaqonun məlumatına görə, hədəfə doğru gələn raketlərdən biri ABŞ hərbi-dəniz qüvvələrinin gəmisindən atılan "SM-3" raket-ələ keçiricisi tərəfindən havada məhv edilib.

Diqqətçəkən məqam odur ki, bir "SM-3" raketinin dəyəri 20 milyon dollardan çoxdur və ABŞ ildə bu modeldən cəmi 70 ədəd istehsal edə bilir.

“Orada heç kim lider olmaq istəmir” | Donald Tramp

“Orada heç kim lider olmaq istəmir” | Donald Tramp

Dünya
21 mart 2026 14 baxış
BMT Hörmüz boğazı ilə bağlı hansı addım atmağı planlaşdırır?

BMT Hörmüz boğazı ilə bağlı hansı addım atmağı planlaşdırır?

Dünya
21 mart 2026 14 baxış
Əraqçi İranın ABŞ qarşısında şərtlərini açıqladı - Baku TV CANLI

Əraqçi İranın ABŞ qarşısında şərtlərini açıqladı - Baku TV CANLI

Dünya
21 mart 2026 14 baxış
Seçkidən əvvəl Tramp tərəfdarı Yanşaya qarşı etiraz aksiyası

Seçkidən əvvəl Tramp tərəfdarı Yanşaya qarşı etiraz aksiyası

Dünya
21 mart 2026 14 baxış
Gümrah qalmaq üçün 3 məsləhət

Gümrah qalmaq üçün 3 məsləhət

Dünya
21 mart 2026 14 baxış
ABŞ Mərkəzi Komandanlığı yeni görüntülər paylaşdı

ABŞ Mərkəzi Komandanlığı yeni görüntülər paylaşdı

Dünya
21 mart 2026 14 baxış
Pezeşkiandan qonşu ölkələrə təcili çağırış - Baku TV

Pezeşkiandan qonşu ölkələrə təcili çağırış - Baku TV

Dünya
21 mart 2026 14 baxış
İspaniyada təbii fəlakət | Anbaan görüntülər

İspaniyada təbii fəlakət | Anbaan görüntülər

Dünya
21 mart 2026 14 baxış
Pitonların qanı kimlərin dadına çatacaq?

Pitonların qanı kimlərin dadına çatacaq?

Dünya
21 mart 2026 14 baxış
İran 4 min kilometr məsafədə yerləşən ABŞ-Britaniya bazasına ballistik raketlər atdı - Baku TV CANLI

İran 4 min kilometr məsafədə yerləşən ABŞ-Britaniya bazasına ballistik raketlər atdı - Baku TV CANLI

Dünya
21 mart 2026 14 baxış
Seçilmişlər
icon