Pleyeri seçin:

ABŞ Mərkəzi Komandanlığı yeni görüntülər paylaşdı

21 mart 2026 165 baxış

İran cümə axşamı axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb.

Bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.

Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 kilometr uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.

Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-ın bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunan esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı İran Hərbi Qüvvələrinə aid olan texnikaları məhv edib. Bu barədə görüntüləri Mərkəzi Komandanlıq "X" hesabında paylaşıb.

"İranın imkanları azalır", deyə ABŞ Mərkəzi Komandanlığının komandiri admiral Bred Kuper bildirib.

İran tərəfindən İsrailin mərkəzi rayonlarına buraxılan ballistik raket kaset tipli döyüş başlığı daşıyıb. Bu barədə “The Times of Israel” məlumat yayıb. Hələ ki xəsarət alanlarla barədə məlumat daxil olmayıb.

SEPAH-la əlaqəli 41 nəfər həbs edildi

SEPAH-la əlaqəli 41 nəfər həbs edildi

Dünya
09 may 2026 165 baxış
Moskvanın iyunun 7-də keçiriləcək seçkilərlə bağlı gizli planı ifşa olundu - Baku TV CANLI

Moskvanın iyunun 7-də keçiriləcək seçkilərlə bağlı gizli planı ifşa olundu - Baku TV CANLI

Dünya
09 may 2026 165 baxış
"Bu, müharibənin sonunun başlanğıcıdır" | Atəşkəs qərarı müharibəni bitirəcək?

"Bu, müharibənin sonunun başlanğıcıdır" | Atəşkəs qərarı müharibəni bitirəcək?

Dünya
09 may 2026 165 baxış
Rusiyanın neft və hərbi obyektlərinə zərbələr endirilib

Rusiyanın neft və hərbi obyektlərinə zərbələr endirilib

Dünya
09 may 2026 165 baxış
Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Dünya
09 may 2026 165 baxış
Rusiya Prezidentinin Astana səfəri | Gözləntilər nələrdir? - Baku TV CANLI

Rusiya Prezidentinin Astana səfəri | Gözləntilər nələrdir? - Baku TV CANLI

Dünya
09 may 2026 165 baxış
İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

Dünya
09 may 2026 165 baxış
Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Dünya
09 may 2026 165 baxış
İnsanlar niyə öz ehtiyaclarını arxa plana atır?

İnsanlar niyə öz ehtiyaclarını arxa plana atır?

Dünya
09 may 2026 165 baxış
Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldi | Zelenski orduya tapşırıq verdi - Baku TV CANLI

Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldi | Zelenski orduya tapşırıq verdi - Baku TV CANLI

Dünya
09 may 2026 165 baxış
Seçilmişlər
icon