Pleyeri seçin:

İnsanlar niyə öz ehtiyaclarını arxa plana atır?

09 may 2026

Rusiyalı psixoloq Artyom Stupak əksər insanların "yox" deməkdə niyə çətinlik çəkdiyini və günahkarlıq duyğusunun onları başqaları üçün necə "rahat insana" çevirdiyini izah edib.

Ekspertin fikrincə, bu vəziyyət daimi daxili narahatlığın və emosional tükənmənin başlıca səbəblərindən biridir.

"Empatiya qurmaq qarşı tərəfin həyatını yaşamaq, onun hiss etdiklərini öz üzərinə götürmək və bütün çətinliklərini həll etməyə çalışmaq deyil. Sizi istismar edənlərin ən güclü silahı məhz sizdə yaratdıqları günahkarlıq hissidir", deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, manipulyasiyalar adətən "axı sən söz vermişdin", "mənim səndən başqa kömək istəyəcək kimsəm yoxdur" və ya "sən etməsən, bəs kim edəcək?" kimi təzyiq xarakterli ifadələrə əsaslanır.

A.Stupak vurğulayıb ki, rədd etmək qorxusu real təhlükədən deyil, mühakimə olunmaq və münasibətləri itirmək qorxusundan qaynaqlanır. Məhz bu səbəbdən fərdlər "pis" adam olmamaq üçün öz ehtiyaclarını arxa plana atır və zamanla şəxsi sərhədlərini itirirlər.

Psixoloq bu vəziyyətdən xilas olmaq üçün müraciətlərə dərhal cavab verməməyi, uzun-uzadı bəhanələr gətirmədən qətiyyətlə "yox" deməyi öyrənməyi və kiminsə bundan narazı qala biləcəyi ehtimalını normal qəbul etməyi tövsiyə edir.

Kopyalandı
Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Dünya
09 may 2026
İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

Dünya
09 may 2026
Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Dünya
09 may 2026
Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldi | Zelenski orduya tapşırıq verdi - Baku TV CANLI

Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəldi | Zelenski orduya tapşırıq verdi - Baku TV CANLI

Dünya
09 may 2026
İran və ABŞ arasında gərginlik yenidən artır? | Regionda münasibətlər kəskinləşir - Baku TV

İran və ABŞ arasında gərginlik yenidən artır? | Regionda münasibətlər kəskinləşir - Baku TV

Dünya
09 may 2026
Ararat Mirzoyan Paşinyanın arxasından iş çevirdi? - 24 SAAT

Ararat Mirzoyan Paşinyanın arxasından iş çevirdi? - 24 SAAT

Dünya
09 may 2026
Avropalıların tutduğu mövqedən sonra biz təşəbbüskar olmayacağıq | Vladimir Putin - Baku TV

Avropalıların tutduğu mövqedən sonra biz təşəbbüskar olmayacağıq | Vladimir Putin - Baku TV

Dünya
09 may 2026
Çinlə heç bir problemimiz yoxdur | Donald Tramp - Baku TV

Çinlə heç bir problemimiz yoxdur | Donald Tramp - Baku TV

Dünya
08 may 2026
Rusiyadan Ermənistana ağır xəbərdarlıq: "Nəticəsi pis olacaq!" - AKTUAL GÜNDƏM

Rusiyadan Ermənistana ağır xəbərdarlıq: "Nəticəsi pis olacaq!" - AKTUAL GÜNDƏM

Dünya
08 may 2026
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir

Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir

Dünya
08 may 2026
Seçilmişlər
icon