Pezeşkiandan qonşu ölkələrə təcili çağırış - Baku TV
"İranın mərhum ali rəhbəri Əli Xamenei nüvə silahının yaradılmasının yolverilməzliyi barədə dəfələrlə bəyanat verib".
Bunu İran Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə müraciətində bildirib.
"İnqilab rəhbərinin yanına hər dəfə gələndə o, nüvə silahının din baxımından qadağan edildiyini vurğulayırdı", – deyə Pezeşkian söyləyib.
Bununla yanaşı, onun sözlərinə görə, ABŞ dünyaya İranın nüvə silahı əldə etməyə çalışdığı barədə fikir aşılamağa çalışır.
Məsud Pezeşkian həmçinin bildirib ki, İran qonşu ölkələrin işlərinə müdaxilə etmək istəmir.
"Qonşu ölkələr inansınlar ki, bölgədə müharibə və xaosun səbəbkarı İran yox, İsraildir", – deyə o bildirib.
Bu arada, İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib. Bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, İsrailin Təl-Əviv, Əkka və Hayfa şəhərlərindəki obyektlər hədəf alınıb, döyüş təminatı şirkətləri, radar sistemləri atəşə tutulub. Bununla yanaşı, ABŞ-nin bölgədəki bazalarına da zərbələr endirilib, "F-16" və "F-35" qırıcılarını yanacaqla təmin edən təyyarələrin saxlanıldığı anqara hücum təşkil olunub. SEPAH qeyd olunan obyektlərə dron hücumunun da təşkil olnuduğunu açıqlayıb.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Pezeşkiandan qonşu ölkələrə vacib çağırış - Baku TV CANLI
- Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV
- Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR
- İranda daxili böhran: Pezeşkian istefa vermək istəyir, SEPAH imkan vermir? - AKTUAL GÜNDƏM
- Liderlər telefonda nə danışdılar? | "ABŞ İrana hücumu dayandırmalıdır" - Baku TV
