ABŞ-İran danışıqları necə olacaq? | "Amerika bu prosesdə ciddi iştirak edəcək" - Baku TV
İranın xarici işlər naziri Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Masqata gedib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.
"Xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqları aparmaq üçün diplomatik nümayəndə heyətinə rəhbərlik edərək Masqata getdi. Bu diplomatik təşəbbüs nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı və şərəfli razılaşmaya nail olmaq məqsədilə həyata keçirilir", – deyə Bəqai "X" hesabında yazıb.
Bundan əlavə, o bildirib ki, keçmişin acı təcrübələri, o cümlədən öncəki öhdəliklərin pozulması unudulmayıb:
"Biz həmişə özümüzü İran xalqının hüquqlarını müdafiə etməyə borclu hesab edirik. Eyni zamanda, İran xalqının maraqlarını təmin etmək, regionda sülh və əmin-amanlığı qorumaq üçün diplomatiyadan istifadə etmək imkanını əldən verməmək məsuliyyətimiz var. Bu prosesin formalaşmasında məsuliyyətli rol oynayan bütün dost, qonşu və region ölkələrini yüksək qiymətləndiririk. Ümid edirik ki, Amerika tərəfi bu prosesdə məsuliyyət hissi, realizm və ciddiliklə iştirak edəcək".
#İran teqi istifadə olunub
- Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama
- Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV
- Yaxın Şərqdəki müharibə Pentaqonun ehtiyatlarını tükəndirir
- ABŞ rəsmisi İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdi - Baku TV
- İran Prezidentini narahat edən nədir? | Pezeşkian özü açıqladı - Baku TV CANLI
