ABŞ İrana dron hücumlarında bu ölkədəki aviabazadan istifadə edir
ABŞ İran ərazisinə endirilən zərbə dronlarını Almaniyadakı Ramştayn aviabazasından idarə edir.
Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.
Bildirilir ki, sözügedən baza ABŞ-nin İrana qarşı hərbi əməliyyatının əsas idarəetmə mərkəzlərindən birinə çevrilib.
Qeyd olunur ki, Ramştayn aviabazası eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqə şəxsi heyət, sursat və avadanlıq daşınmasını həyata keçirdiyi “hava körpüsü”nün əsas nöqtələrindən biri kimi istifadə olunur.
Nəşrin məlumatına görə, ABŞ Avropada yerləşən digər hərbi bazalardan da fəal şəkildə yararlanır. Son həftələr ərzində Amerika gəmiləri və bombardmançı təyyarələri Böyük Britaniya, Portuqaliya, İtaliya, Fransa və Yunanıstandakı bazalarda yanacaq doldurub.
Bununla yanaşı, Avropadakı ABŞ bazaları Amerika ordusuna kəşfiyyat və müşahidə baxımından mühüm imkanlar təqdim edir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- ABŞ-yə qarşı görünməmiş zərbə | Sarsıdıcı hücum dünyanı silkələdi, gərginlik artdı - Baku TV
- ABŞ-nin hədəfində o var | İrana rəhbərlik üçün gözlənilməz gediş - Baku TV
- SEPAH ABŞ bazalarına ilk dəfə “Zülfüqar” raketi ilə zərbələr endirildiyini bildirdi - Baku TV CANLI
- SEPAH-dan sərt çıxış | Müharibəni bitirən üç şərt - Baku TV
- ABŞ-İran gərginliyi pik həddə | SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu - Baku TV
