Pleyeri seçin:

ABŞ İrana qarşı geri addım atır? | Trampdan sensasiyalı açıqlama - Baku TV

17 mart 2026 24 baxış

Ağ Ev rəhbəri Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib.

O, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

“Düşünmürəm. Amma bu, tezliklə olacaq”, – deyə Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində söyləyib.

Donald Tramp həmçinin İranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib.

“Onlar saziş bağlamaq istəyirlər, adamlarımızla danışırlar” deyən ABŞ lideri Tehranın razılığa gəlmək istəyinə əmin olmadığını qeyd edib. Trampın sözlərinə görə, ABŞ-də İran tərəfində kimin danışıqlar apardığı barədə də tam aydınlıq yoxdur.

“Biz onların liderinin kim olduğunu bilmirik. Danışıqlar aparmaq istəyən insanlar var. Onların kim olduqları barədə heç bir məlumatımız yoxdur”, – deyə Tramp söyləyib.

İranın yeni Ali Lideri Müctəba Xamenei ətrafında vəziyyətə münasibət bildirən Tramp onun səhhəti barədə kifayət qədər məlumat olmadığını bildirib.

“Biz onun ölü və ya diri olduğunu bilmirik. Onu heç kim görməyib və bu, qeyri-adi haldır”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp həmçinin Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində ağır xəsarət aldığını, o cümlədən ayağını itirmiş ola biləcəyini güman edir.

İbrahim Zülfikari Donald Trump'la alay etti - VİDEO

İbrahim Zülfikari Donald Trump'la alay etti - VİDEO

Dünya
17 mart 2026 24 baxış
Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI

Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI

Dünya
17 mart 2026 24 baxış
Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya

Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya

Dünya
17 mart 2026 24 baxış
Yunanıstan Hörmüz boğazına hərbi gəmilər göndərəcək?

Yunanıstan Hörmüz boğazına hərbi gəmilər göndərəcək?

Dünya
17 mart 2026 24 baxış
İranın paytaxtında müharibə qurbanları dəfn edilir

İranın paytaxtında müharibə qurbanları dəfn edilir

Dünya
17 mart 2026 24 baxış
Böyük Britaniyada ABŞ və İsrailin hücumlarına qarşı etiraz aksiyası

Böyük Britaniyada ABŞ və İsrailin hücumlarına qarşı etiraz aksiyası

Dünya
17 mart 2026 24 baxış
Merts İran və ABŞ-İsrail arasındakı müharibəyə etirazını bildirdi

Merts İran və ABŞ-İsrail arasındakı müharibəyə etirazını bildirdi

Dünya
17 mart 2026 24 baxış
Kofe sevənlər üçün xəbərdarlıq | Miqdarı niyə azaltmalıyıq?

Kofe sevənlər üçün xəbərdarlıq | Miqdarı niyə azaltmalıyıq?

Dünya
17 mart 2026 24 baxış
BMT baş katibinin sözçüsündən Hörmüzlə bağlı önəmli açıqlama

BMT baş katibinin sözçüsündən Hörmüzlə bağlı önəmli açıqlama

Dünya
17 mart 2026 24 baxış
İlon Mask proqnozu ilə bu dəfə onları sevindirdi

İlon Mask proqnozu ilə bu dəfə onları sevindirdi

Dünya
17 mart 2026 24 baxış
Seçilmişlər
icon