ABŞ İsrailin İranın yanacaq infrastrukturuna zərbələrindən narazıdır
Vaşinqton administrasiyası İsrailin İranın yanacaq infrastrukturuna endirdiyi zərbələrin miqyasından narazıdır.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ tərəfi İsrailin şənbə günü İranın 30 yanacaq anbarına zərbə endirəcəyini gözləmirdi.
Portal qeyd edir ki, bu vəziyyət müharibə başlayandan bəri müttəfiqlər arasında ilk ciddi fikir ayrılığına səbəb olub.
Vaşinqton hesab edir ki, bu cür zərbələr İran cəmiyyətini daha da birləşdirə, Tehrandakı hakimiyyətə dəstəyi gücləndirə və neft qiymətlərinin artmasına səbəb ola bilər.
Məlumata görə, İsrail ABŞ-yə bu obyektlərə zərbə endirmək planı barədə əvvəlcədən məlumat verib. Lakin amerikalı hərbçilər hücumların miqyasının daha məhdud olacağını düşünürdülər. “Bunun yaxşı ideya olduğunu düşünmürük”, – deyə ABŞ rəsmilərindən biri bildirib.
Qeyd olunur ki, Vaşinqton və İsrail hakimiyyətləri bu məsələ ilə bağlı əlavə məsləhətləşmələr aparacaqlar. Portalın məlumatına görə, martın 10-da ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsrailə səfəri planlaşdırılır.
Bundan əvvəl ABŞ-nin energetika naziri Kris Rayt CNN telekanalına açıqlamasında ABŞ hərbçilərinin İranın neft-qaz infrastrukturuna zərbələr endirmədiyini və belə planlarının olmadığını bildirib. O, bu cür zərbələrin havanın çirklənməsinə səbəb olduğunu da etiraf edib.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Yaponiyada Hörmüz boğazına hərbçilərin göndərilməsi ilə bağlı fikirlər bölünüb
- SEPAH əməliyyat keçirib | İsrailə aid gəmilər hansı qaydanı pozub? - Baku TV
- 25 milyard avroluq itki: Avropa ABŞ-İran münaqişəsinin bədəlini ödədi - Baku TV
- Aİ ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində nə qədər itirib? - Baku TV CANLI
- Tramp və Netanyahu arasında telefon danışığı olub | ”Yaxın Şərqin simasını dəyişəcəyik” - Baku TV
