ABŞ və İran arasındakı “nüvə savaşı” daha da alovlanır? - “Bu olsa, bütün dünyanı...” - Baku TV
ABŞ-nin Dövlət katibi Marko Rubio İranın ali lideri Müctəba Xamenei ilə bağlı yayılan iddialara münasibət bildirib.
Rubio onun sağ olub-olmaması barədə danışarkən bildirib:
“Bəli, onun sağ olduğuna dair müəyyən məlumatlarımız var. Lakin sağ olmadığına dair isə bizim əlimizdə sübut yoxdur”.
Dövlət katibi İranın Hörmüz boğazı ilə bağlı siyasətinə də toxunub.
O qeyd edib ki, Tehran bu strateji marşrutdan təzyiq aləti kimi istifadə edir:
“Onların boğazlarla bağlı etdiklərinə baxın. Boğazlar, əslində, onların dünyaya qarşı istifadə etməyə çalışdığı “iqtisadi nüvə silahı”na bərabərdir və bununla fəxr edirlər. Tehranda reklam lövhələri yerləşdirirlər və dünyadakı enerjinin təxminən 20–25 faizini girov saxlaya biləcəkləri ilə öyünürlər. Təsəvvür edin ki, həmin şəxslərin nüvə silahına çıxışı olsaydı, bütün regionu girov saxlayardılar”.
Jurnalistin İranın boğazı açmaq təklifi və nüvə danışıqlarını təxirə salmaq istəyi ilə bağlı sualına Rubio belə cavab verib:
“Yenə də deyirəm, bu məsələ ilə bağlı Prezidentin qərar verəcəyini əvvəlcədən şərh etmək istəmirəm. Amma söyləmək kifayətdir ki, bizi bu vəziyyətə gətirən əsas səbəb məhz nüvə məsələsidir”.
#ABŞ teqi istifadə olunub
- Vens Pentaqondan şübhələnir – “İranla bağlı real vəziyyət gizlədilir”
- ABŞ–İran xəttində gərgin mərhələ: raketlər yenidən hazır vəziyyətə gətirilir? - AKTUAL GÜNDƏM
- Meksikada ABŞ-nin 5 milyon dollar mükafat təyin etdiyi narkobaron saxlanılıb
- ABŞ-nin hipersəs silahlarına və müasir qanadlı raketlərə qarşı müdafiəsi yoxdur?
- İranla razılaşmaya kim mane olur? | Rubiodan sensasiyalı açıqlama - Baku TV
