Pleyeri seçin:

Karin Knaysl: “İran düşünür ki, Qərb danışıqlar platformaları rolunu itirir”

28 aprel 2026 384 baxış

İran hesab edir ki, ənənəvi Qərb danışıqlar platformaları əvvəlki əhəmiyyətini itirir və qlobal diplomatiya getdikcə Şərq istiqamətinə yönəlir.

Bu fikri Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl səsləndirib.

O qeyd edib ki, İran hökumətinin hazırkı diplomatik fəaliyyətinə baxdıqda danışıqların artıq fərqli coğrafiyalarda aparıldığı aydın görünür.

K.Knayslın sözlərinə görə, Sankt-Peterburq İranın “mekik diplomatiyası” çərçivəsində İslamabad və Maskatdan sonra növbəti dayanacağına çevrilib.

“Əvvəllər bu cür danışıqlar Nyu-York, Paris və ya Cenevrədə keçirilərdi. Zaman dəyişir və istiqamətlər də dəyişir”, – deyə o bildirib.

K.Knaysl əlavə edib ki, gələcəkdə daha çox rasional qərarların qəbul olunacağına ümid edir, lakin peşəkar və səriştəli danışıqlar aparanların daha çox Süveyş kanalının şərqində yerləşdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüşdə tərəflər regional sabitlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər. Əraqçi bildirib ki, Moskva ilə Tehran arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və gələcəkdə daha da möhkəmlənəcək. O həmçinin Rusiyanın İrana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 384 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 384 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 384 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 384 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 384 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 384 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 384 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 384 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 384 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 384 baxış
Seçilmişlər
icon