Pleyeri seçin:

ABŞ-li senatordan İranla bağlı təcili xəbərdarlıq

11 dekabr 2025 280 baxış

“ABŞ Prezidenti Donald Trampın atdığı addımlar İranın nüvə silahı əldə etməsinin qarşısını aldı, amma Tehran cəhdlərindən əl çəkməyəcək, ayıq-sayıq qalmalıyıq”.

Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş deyib.

Senator bildirib ki, ABŞ tarixi boyu görünməmiş dərəcədə qlobal nüvə təhdidi ilə üz-üzədir:

“Tarixdə ilk dəfədir ki, Rusiya və Çin kimi bərabər səviyyəli nüvə gücü ilə eyni anda üzləşirik, bununla yanaşı, Şimali Koreya kimi daha kiçik və qeyri-sabit dövlətlər, həmçinin İran kimi nüvə silahı əldə etməyə çalışan ölkələrin yaratdığı təhdidlərlə də qarşılaşırıq”.

Cim Riş Rusiya və Çinin silahlara nəzarət sahəsində əməkdaşlığı zəiflətməkdə oynadığı rola toxunaraq qeyd edib ki, iki ölkə bu mövzuda konstruktiv dialoqa maraq göstərmir, paralel şəkildə nüvə potensiallarını artırmağa davam edir.

Xarici Əlaqələr Komitəsinin sədri İran məsələsindən ayrıca danışıb:

“Nüvə ambisiyası olan qeyri-legitim rejimləri diqqətdən kənarda qoymaq olmaz. Bəli, Tramp bu ilin əvvəlində İranın nüvə obyektlərini məhv etmək üçün addımlar atıb və bu addımlar təhlükəli ideologiyası olan bir rejimin ABŞ, İsrail və dünyanın digər bölgələrini təhdid edə biləcək bir silaha sahib olmasının qarşısını alıb. Amma İran rejimi kifayətlənməyəcək, ayıq-sayıq olmalıyıq”.

Kopyalandı
NATO Baş katibi Trampa haqq qazandırdı

NATO Baş katibi Trampa haqq qazandırdı

Dünya
21 yanvar 2026 280 baxış
"Diqqətimiz Qrenlandiyada yox, Ukraynada olmalıdır" | NATO Baş katibi

"Diqqətimiz Qrenlandiyada yox, Ukraynada olmalıdır" | NATO Baş katibi

Dünya
21 yanvar 2026 280 baxış
Sensasiya: Tramp göstərişlərini verdi! - Bu ölkəyə qarşı müharibə elan edilir? - Baku TV

Sensasiya: Tramp göstərişlərini verdi! - Bu ölkəyə qarşı müharibə elan edilir? - Baku TV

Dünya
21 yanvar 2026 280 baxış
“Fransa Aİ-ni tərk etməli və suverenliyini gücləndirməlidir” | Filip de Vilye

“Fransa Aİ-ni tərk etməli və suverenliyini gücləndirməlidir” | Filip de Vilye

Dünya
21 yanvar 2026 280 baxış
Fransa və ABŞ arasında nə baş verir? - Baku TV CANLI

Fransa və ABŞ arasında nə baş verir? - Baku TV CANLI

Dünya
21 yanvar 2026 280 baxış
Han Dok Su üsyanda təqsirli bilinir

Han Dok Su üsyanda təqsirli bilinir

Dünya
21 yanvar 2026 280 baxış
Peru Prezidentinin çinli iş adamı ilə gizli görüşləri qalmaqala səbəb oldu

Peru Prezidentinin çinli iş adamı ilə gizli görüşləri qalmaqala səbəb oldu

Dünya
21 yanvar 2026 280 baxış
İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb

İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb

Dünya
21 yanvar 2026 280 baxış
Prezident İlham Əliyev Davosda panel iclasında iştirak etdi | GENİŞ HİSSƏ - Baku TV

Prezident İlham Əliyev Davosda panel iclasında iştirak etdi | GENİŞ HİSSƏ - Baku TV

Dünya
21 yanvar 2026 280 baxış
İrandakı etirazların yatırılmasına görə yeni sanksiyalar hazırlanır? - Baku TV CANLI

İrandakı etirazların yatırılmasına görə yeni sanksiyalar hazırlanır? - Baku TV CANLI

Dünya
21 yanvar 2026 280 baxış
Seçilmişlər
icon