Dünya
Pleyeri seçin:
ABŞ-nin daha bir zərbə PUA-sı vuruldu
"Ənsarullah" hərəkatı Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarəni Yəmən səmasında vurub.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Husilər Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinə məxsus və dəyəri 30 milyon dollar olan zərbə PUA-sını Hudeyda yaxınlığında sıradan çıxarıb.
Qeyd edək ki, ötən il ərzində də Amerika Birləşmiş Ştatlarına məxsus PUA-ların vurulması barədə xəbərlər verilmişdi.
Kopyalandı
Seçilmişlər