Pleyeri seçin:

ABŞ-nin müttəfiqləri nədən narazıdır? - Baku TV

16 avqust 2026 144 baxış

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn daxil olmaqla ABŞ-nin Fars körfəzindəki müttəfiqləri Prezident Donald Trampın İranla sülhə nail olmaq istiqamətindəki siyasətindən getdikcə daha çox narazılıq ifadə edirlər.

Bu barədə “The Washington Post” qəzeti ərəb və Qərb rəsmilərinə istinadən yazıb.

Qeyd olunur ki, bəzi Körfəz ölkələri ərazilərində böyük ABŞ hərbi bazalarının saxlanılmasının nə dərəcədə məqsədəuyğun olduğunu artıq şübhə altına almağa başlayıb.

“Bu müharibəni Tramp başladı, amma bunun əvəzini biz ödəyirik”, – deyə Fars körfəzi ölkələrindən birinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun siyasətindən narazılıq İranla müharibənin başlanmasından bəri ən yüksək həddə çatıb.

Yüksəkvəzifəli avropalı rəsmi isə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan birgə müdafiə sazişini də xatırladıb. Onun fikrincə, bu razılaşma ABŞ-yə göndərilən “siqnaldır”.

Rəsmi bildirib ki, üç nüfuzlu sünni ölkə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıqlarını şaxələndirməyə çalışır.

Onun sözlərinə görə, bu ölkələr hesab edirlər ki, yalnız ABŞ kifayət deyil. Bununla belə, Fars körfəzi ölkələri təhlükəsizlik sahəsində əsas tərəfdaş və böyük silah təchizatçısı kimi ABŞ-yə güvənməkdə davam edir.

Ağ Ev isə Trampın Fars körfəzindəki bütün tərəfdaşlarla “müstəsna münasibətlərə” malik olduğunu bəyan edib. Bildirilib ki, ABŞ “Epik qəzəb” əməliyyatından əvvəlki dövrdən etibarən regiondakı bütün müttəfiqləri ilə müntəzəm əlaqə saxlayır.

Ağ Evdən əlavə edilib ki, İran indiyədək olduğundan daha böyük təcrid vəziyyətindədir.

Qeyd edək ki, hazırda ABŞ-nin Qətər və Bəhreyndə hərbi bazaları fəaliyyət göstərir.

Zelenski ilə ABŞ nümayəndələrinin 4 saatlıq görüşündə nələr baş verdi? - Baku TV CANLI

Zelenski ilə ABŞ nümayəndələrinin 4 saatlıq görüşündə nələr baş verdi? - Baku TV CANLI

Dünya
07 sentyabr 2026 144 baxış
Sahil zolağında təhlükə siqnalı | Dənizdə qorxunc anlar yaşandı - Baku TV

Sahil zolağında təhlükə siqnalı | Dənizdə qorxunc anlar yaşandı - Baku TV

Dünya
07 sentyabr 2026 144 baxış
Donald Trampa dəstək 33 faizə düşdü

Donald Trampa dəstək 33 faizə düşdü

Dünya
06 sentyabr 2026 144 baxış
ABŞ boğazda gizli əməliyyat keçirib?

ABŞ boğazda gizli əməliyyat keçirib?

Dünya
06 sentyabr 2026 144 baxış
Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 144 baxış
Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 144 baxış
Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Dünya
06 sentyabr 2026 144 baxış
Ötən sutkada 245 döyüş toqquşması baş verib

Ötən sutkada 245 döyüş toqquşması baş verib

Dünya
06 sentyabr 2026 144 baxış
ABŞ Prezidentindən açıqlama

ABŞ Prezidentindən açıqlama

Dünya
06 sentyabr 2026 144 baxış
Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Dünya
06 sentyabr 2026 144 baxış
Seçilmişlər
icon