ABŞ İranla müharibədə “MQ-9 Reaper”lərinin 25 faizini itirib
ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatlarının təxminən 25 faizini itirib.
Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nəşrin mənbələrinə görə, ABŞ Ordusu ümumilikdə 45 "MQ-9 Reaper" itirib.
Bu PUA-lar Hörmüz boğazı ərazisində İran üçün "asan hədəfə" çevrilib. Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan "MQ-9 Reaper"lər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir PUA-nın qiyməti 30-50 milyon dollar arasında dəyişir.
"The Washington Post"un hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergi ödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür.
Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- Ciddi xəbərdarlıq: Bakıdakı sovet binalarının ömrü bitir? - AKTUAL GÜNDƏM
- ABŞ-nin müharibə naziri müraciətində hansı məsələlərə toxundu?
- İrandan ABŞ-yə xəbərdarlıq | Daha təhlükəli ssenari işə düşə bilər - Baku TV
- İran 52 min nəfərə görə kompensasiya ödəməlidir | Tramp göstəriş verdi
- ABŞ Ordusunun hərəkətlərinə qarşı Tehrandan cavab gələcək? - Baku TV
