Pleyeri seçin:

ABŞ-nin topladığı sübutlar | İsrail əsgərləri barədə qalmaqal

13 noyabr 2025 198 baxış

ABŞ kəşfiyyat orqanları ötən il İsrail əsgərlərinin fələstinliləri partlayıcı maddələrlə dolu ola biləcəyi ehtimal edilən Qəzza tunellərinə göndərməsi barədə müzakirələr apardığını müəyyən edib.

Bu barədə məsələ ilə tanış iki sabiq amerikalı rəsmi “Reuters” agentliyinə məlumat verib.

Məlumata görə, bu kəşfiyyat məlumatı Ağ Evə təqdim edilib və sabiq prezident Co Bayden administrasiyasının son həftələrində ABŞ kəşfiyyat qurumları tərəfindən təhlil olunub. Beynəlxalq hüquqa əsasən, hərbi əməliyyatlar zamanı mülki şəxslərin “canlı bomba” kimi istifadəsi qadağandır.

Bayden administrasiyasının rəsmiləri uzun müddət İsrail əsgərlərinin Qəzzada fələstinlilərdən özlərini qorumaq məqsədilə istifadə etdikləri barədə xəbərlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Lakin ABŞ-nin bu istiqamətdə topladığı sübutlar barədə məlumat ilk dəfədir açıqlanır.

2024-cü ilin son aylarında toplanan kəşfiyyat məlumatı Ağ Evdə və kəşfiyyat icmasında bu taktikanın miqyası və İsrail Ordusunun bu əmrləri hərbi rəhbərlikdən alıb-almadığı ilə bağlı suallar doğurub.

Məsələyə bələd olan, lakin təhlükəsizlik səbəbi ilə adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilər qeyd ediblər ki, kəşfiyyat məlumatında qeyd olunan fələstinlilərin mülki və ya hərbi əsir olub-olmadığı dəqiqləşdirilməyib.

Bayden administrasiyası bu məsələni İsrail hökuməti ilə müzakirə edib-etməyib – məlum deyil. Nə sabiq Ağ Ev rəsmiləri, nə də Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) məsələ ilə bağlı sorğulara cavab verib.

SEPAH 60 strateji hədəfə hücum edildiyini açıqladı

SEPAH 60 strateji hədəfə hücum edildiyini açıqladı

Dünya
02 mart 2026 198 baxış
Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV

Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV

Dünya
02 mart 2026 198 baxış
İranın sensasiyalı qisas planı | Hadisələr ətraf ölkələrə necə təsir edəcək? - Baku TV

İranın sensasiyalı qisas planı | Hadisələr ətraf ölkələrə necə təsir edəcək? - Baku TV

Dünya
02 mart 2026 198 baxış
İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV

İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV

Dünya
02 mart 2026 198 baxış
İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA

İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA

Dünya
02 mart 2026 198 baxış
Yaxın Şərqdə gərginlik davam edir - Baku TV CANLI

Yaxın Şərqdə gərginlik davam edir - Baku TV CANLI

Dünya
02 mart 2026 198 baxış
Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya

Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya

Dünya
02 mart 2026 198 baxış
İranda bütün sistem dağılır? - Xameneinin ölümündən sonra nələr olacaq? - Baku TV

İranda bütün sistem dağılır? - Xameneinin ölümündən sonra nələr olacaq? - Baku TV

Dünya
02 mart 2026 198 baxış
İran Benyamin Netanyahunun ofisinə zərbə endirib? - Baku TV CANLI

İran Benyamin Netanyahunun ofisinə zərbə endirib? - Baku TV CANLI

Dünya
02 mart 2026 198 baxış
İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI

İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI

Dünya
02 mart 2026 198 baxış
Seçilmişlər
icon