Pleyeri seçin:
ABŞ sahillərində qorxulu anlar | Suya çırpılan təyyarənin anbaan videosu
ABŞ-nin Şimali Karolina ştatında təyyarə çimərlik sahilinə yaxın ərazidə okeana düşüb.
Məlumata görə, uçuş zamanı yüngülmotorlu təyyarədə texniki nasazlıq yaranıb. Bunun ardından pilot təcili eniş etməyə qərar verib. Eniş adanın yaxınlığında baş tutub.
Hadisənin şahidləri isə dincələn turistlər olub. Onlar əvvəlcə təyyarəni hidroplan, yəni suya enə bilən təyyarə zənn ediblər. Onların sözlərinə görə, təyyarə sanki adi qaydada eniş edirdi, lakin qəfil çöküb və yana əyilib.
Pilot kabinədən çıxaraq suya düşüb. Xilasedicilər dərhal ona yaxınlaşıb və sahilə çıxarıblar. Kişi müxtəlif xəsarətlərlə – göyərmələr və sıyrıqlarla xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI
- Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?
- Kamala Harris 2028-ci il prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır
- Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR
- “ABŞ əvvəlcə dəqiqləşdirməlidir ki...” | Ekspertlər Qəzza ilə bağlı məsələni şərh etdi - Baku TV
