Pleyeri seçin:

Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama

15 dekabr 2025 189 baxış

Macarıstanın Baş naziri Viktor Orban qarşıdakı günlərin Avropa üçün son dərəcə kritik və ağır olacağı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu həftə Brüsseldə qəbul ediləcək qərarlar müharibə ilə sülh arasında seçim anlamına gəlir.

Orban bildirib ki, yaxın vaxtlarda Macarıstan parlamentinin Avropa İttifaqı məsələləri üzrə Məsləhətçi Orqanının iclası keçiriləcək və Budapeşt də mümkün ssenarilərə hazırlaşır.

“Stavka”lar aydındır: müharibə, yoxsa sülh”, – deyə o vurğulayıb.

Macarıstanın Baş naziri qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsinə heç vaxt indiki qədər yaxın olunmayıb.

Onun fikrincə, Avropanın dörd il ərzində bitirə bilmədiyi bu müharibəni ABŞ yaxın zamanda sona çatdıra bilər və Avropanın etməli olduğu yeganə şey bu prosesi dəstəkləməkdir.

Lakin Orbanın sözlərinə görə, real vəziyyət fərqlidir:

“Bütün əlamətlər göstərir ki, Avropa müharibəni davam etdirmək, hətta onu genişləndirmək istəyir”.

O bildirib ki, Brüssel müharibəni təkcə cəbhədə deyil, iqtisadi müstəvidə də genişləndirməyə, o cümlədən dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə hazırlaşır.

Orban bu addımı Rusiyaya qarşı açıq müharibə elanı kimi qiymətləndirib və bunun qaçılmaz cavab tədbirlərinə səbəb olacağını bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Macarıstan mövqeyini dəyişmək niyyətində deyil.

Baş nazir bir daha vurğulayıb ki, bu müharibənin döyüş meydanında həlli yoxdur və belə olan halda danışıqlardan başqa yol qalmır.

“Əgər cəbhədə həll yoxdursa, Prezidentin etdiyi kimi danışıqlar aparmaq lazımdır”, – deyə Orban bildirib.

Bu mövqeyə uyğun olaraq Macarıstan dondurulmuş Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir, Ukraynaya nə pul, nə də silah göndərir. Həmçinin müharibə məqsədi daşıyan Avropa İttifaqı kredit və borc mexanizmlərində iştirak etmir.

Orban çıxışını sərt xəbərdarlıqla yekunlaşdırıb: “Kəmərləri bağlayın. Bu həftə ağır olacaq”.

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Dünya
07 fevral 2026 189 baxış
“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

Dünya
07 fevral 2026 189 baxış
Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Dünya
07 fevral 2026 189 baxış
İsrail Qəzzada yaşayış binasını vurdu

İsrail Qəzzada yaşayış binasını vurdu

Dünya
07 fevral 2026 189 baxış
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

Dünya
07 fevral 2026 189 baxış
İtaliyadakı etiraz aksiyasından görüntülər

İtaliyadakı etiraz aksiyasından görüntülər

Dünya
07 fevral 2026 189 baxış
Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Dünya
07 fevral 2026 189 baxış
Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Dünya
07 fevral 2026 189 baxış
Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Dünya
07 fevral 2026 189 baxış
Pekin nüvə sınağı ilə bağlı ittihamları rədd edir

Pekin nüvə sınağı ilə bağlı ittihamları rədd edir

Dünya
07 fevral 2026 189 baxış
Seçilmişlər
icon