Pleyeri seçin:
Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ikinci raundunda Moskva Ukrayna Ordusunun sayının dəyişdirilməsi və ya azaldılması məsələsini qaldırmayıb.
Bu barədə "RBK-Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
"Əbu-Dabidə keçirilən növbəti danışıqlar müəyyən irəliləyişlə başa çatıb. Görüş zamanı Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi, azaldılması və ya müəyyən silah növlərinə qadağa qoyulması məsələsini qaldırmayıb", – deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, əvvəlcə geniş tərkibdə qısa görüş keçirilib, bundan sonra nümayəndə heyətləri yarımqruplar üzrə işləyiblər. Növbəti görüşün yaxın vaxtlarda eyni tərkibdə keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukraynanın 3 vilayəti vuruldu | Ölən və yaralananlar var - Baku TV CANLI
- Panama bayrağı altında üzən gəmi zədələnib
- Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək
- Xristianlar Pasxa bayramını qeyd edir | Rusiya-Ukrayna müharibəsində müvəqqəti atəşkəs - Baku TV
- Tver və Krasnodar diyarındakı neft bazasına zərbələr endirildi - Baku TV CANLI
