Pleyeri seçin:

Avropa ölkələrinin Hörmüz boğazı ilə bağlı planı

15 aprel 2026 123 baxış

Avropa ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ-dən kənar ayrıca plan üzərində işləyir.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə hazırlanan planın əsas məqsədi hərbi əməliyyatlar başa çatdıqdan sonra beynəlxalq gəmiçilik şirkətlərinə boğazdan istifadə üçün etimad yaratmaqdır.

Məlumata görə, Avropa dövlətləri Hörmüz boğazında maneəsiz gəmi hərəkətini təmin etmək üçün geniş beynəlxalq koalisiya qurmağı nəzərdən keçirir. Bu çərçivədə mina axtaran və digər hərbi gəmilərin bölgəyə göndərilməsi planlaşdırılır.

Eyni zamanda vurğulanır ki, təşəbbüs yalnız müharibədən sonra reallaşa bilər və əsas diqqət ABŞ-nin bu prosesdən kənarda saxlanılmasına yönəlib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, plan “döyüşən tərəflərin” iştirak etmədiyi beynəlxalq müdafiə missiyasını nəzərdə tutur. Bu isə ABŞ, İsrail və İranın bu missiyaya daxil edilməyəcəyi anlamına gəlir.

Avropa diplomatları qeyd edir ki, mümkün missiya çərçivəsində fəaliyyət göstərəcək gəmilər ABŞ komandanlığı altında olmayacaq.

Hakan Fidandan İsraillə bağlı sərt çıxış - Baku TV

Hakan Fidandan İsraillə bağlı sərt çıxış - Baku TV

Dünya
13 may 2026 123 baxış
Berlinin "məğlubedilməz Rusiya"ya qarşı tədbirləri - Baku TV

Berlinin "məğlubedilməz Rusiya"ya qarşı tədbirləri - Baku TV

Dünya
13 may 2026 123 baxış
Makronun İrəvana səfəri və müəmmalı reyslər | Daşınan yüklər nədən ibarətdir? - Baku TV

Makronun İrəvana səfəri və müəmmalı reyslər | Daşınan yüklər nədən ibarətdir? - Baku TV

Dünya
12 may 2026 123 baxış
Bəhreyn ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi | Regionda yeni gərginlik - Baku TV CANLI

Bəhreyn ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi | Regionda yeni gərginlik - Baku TV CANLI

Dünya
12 may 2026 123 baxış
Putinin açıqlamasına İrəvandan şərh: "Bizim yerimizə siz qərar verə bilməzsiniz"

Putinin açıqlamasına İrəvandan şərh: "Bizim yerimizə siz qərar verə bilməzsiniz"

Dünya
12 may 2026 123 baxış
ABŞ-Çin “Bazarlığı”: Rəsmi Pekin Tayvanı, yoxsa İranı seçəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin “Bazarlığı”: Rəsmi Pekin Tayvanı, yoxsa İranı seçəcək? - AKTUAL GÜNDƏM

Dünya
12 may 2026 123 baxış
Mirzoyan Paşinyanın qulağına nə pıçıldadı? | Türkiyə ilə nə əlaqəsi var?

Mirzoyan Paşinyanın qulağına nə pıçıldadı? | Türkiyə ilə nə əlaqəsi var?

Dünya
12 may 2026 123 baxış
Vaşinqtonun hansı addımları İsraili məyus etdi?

Vaşinqtonun hansı addımları İsraili məyus etdi?

Dünya
12 may 2026 123 baxış
“İndi İranla razılığa gəlmək daha çətindir” | Alan Ayer

“İndi İranla razılığa gəlmək daha çətindir” | Alan Ayer

Dünya
12 may 2026 123 baxış
Ukraynada Yermakın adı keçən iş üzrə əmlaklara həbs qoyulub

Ukraynada Yermakın adı keçən iş üzrə əmlaklara həbs qoyulub

Dünya
12 may 2026 123 baxış
Seçilmişlər
icon