site.post.choose_player
ABŞ və Çin arasındakı ticarət qarşıdurması növbəti mərhələyə daxil olur
ABŞ və Çin arasında ticarət qarşıdurması yeni, gərgin mərhələyə daxil olur. "Blumberq" agentliyinin məlumatına görə, əvvəllər Donald Trampın tarif siyasətindən narazı olan dünya ölkələri, indi Pekinin sərt taktikasına qarşı birləşməyə başlayıb. Bu qlobal müqavimətə əsas səbəb Çin lideri Si Szinpinin nadir torpaq metallarının ixracına sərt nəzarət tətbiq etmək qərarı olub. Dünya ehtiyatlarının demək olar ki, yarısına sahib olan Çinin bu addımı ABŞ və digər ölkələri cavab tədbirləri hazırlamağa məcbur edib. Gərginlik artan bir fonda, Donald Tramp və Si Szinpinin altı ildən sonra ilk görüşlərinə hazırlaşdıqları bildirilir. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə gələn həftə hər iki tərəfdən nümayəndə heyətləri bir araya gələcək.
site.post.link_copied
site.tag_news
- ABŞ-də şəhər mərkəzində atışma | Ölən və xəsarətalanlar var
- ABŞ və NATO müharibəyə hazırlaşır? | ”Savaşın sülh yolu ilə başa çatması mümkündür”
- Strateji bölgələrdəki liderlərin Vaşinqton-Moskva trafikləri nə deməkdir? - ANALİTİK BAXIŞ
- Qəzza zolağı iki hissəyə ayrılacaq? | Yaxın Şərqdə nələr olacaq? - ANA XƏBƏR
- ABŞ termonüvə bombasını sınaqdan çıxardı - CANLI
