Pleyeri seçin:

Yaponiya nəşrinin Əsəd rejiminin devrilməsinin birinci ildönümü ilə bağlı məqaləsi

08 dekabr 2025 544 baxış

2024-cü ilin dekabrında Suriya şəhərləri Bəşər Əsədə müxalif qüvvələr tərəfindən ildırım sürəti ilə bir-birinin ardınca fəth edilərkən illər boyu Əsədin hakimiyyətinin əsas dayağı sayılan İranın hərbçi və diplomatları süqutu ərəfəsində onu tək qoyublar.

Bu barədə “Japan Times” məlumatlı mənbələrə istinadla bildirib.

Yaponiya nəşri Əsəd rejiminin devrilməsinin birinci ildönümü ilə bağlı məqaləsində qeyd edib ki, tələsik geriçəkilmə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən bəri Tehranın Dəməşqin ən mühüm müttəfiqi olduğu bir vaxtda baş verib.

İran uzun illər SEPAH və regiondakı proksi qüvvələri vasitəsilə Əsədi qorumuşdu. Müharibə illərində suriyalı zabitlər faktiki olaraq SEPAH-ın komandanlığı altında fəaliyyət göstərirdi və Əsədin mövqeyi zəiflədikcə SEPAH-ın nüfuzu daha da artmışdı. Amma Suriyanın hazırkı Prezidenti Əhməd əl-Şaraanın rəhbərlik etdiyi qüvvələrin Dəməşqə sürətli irəliləyişi ilə bu struktur qəfil çökməyə başladı.

Dəməşqdəki SEPAH qərargahlarından birində xidmət etmiş keçmiş suriyalı zabit bildirib ki, Suriyadakı İran qüvvələrinin komandiri Əsədin devrilməsindən əvvəl suriyalıları çağıraraq şok xəbəri elan edib:

“SEPAH artıq Suriyada qalmayacaq, ölkəni tərk edir. Hər şey bitdi. Bu gündən etibarən biz artıq sizin üçün cavabdeh deyilik”.

Suriyalı zabit əlavə edib ki, onlara həssas sənədləri yandırmaq, kompüterlərin yaddaş qurğularını çıxarmaq tapşırılıb. Daha sonra onlara 1 aylıq maaş verilib və evlərinə göndəriliblər.

Üç gün sonra, dekabrın 8-də Dəməşq bir güllə belə atılmadan ələ keçirilib və Bəşər Əsəd Rusiyaya qaçıb.

İranın Dəməşqdəki konsulluğunun iki keçmiş əməkdaşı “Japan Times”a deyib ki, Tehran diplomatları ölkəni ani və plansız tərk ediblər. Konsulluq Əsədin devrilməsinə az qalmış tam boşaldılıb, diplomatlar quru yolla Livanın paytaxtı Beyruta gediblər. İran vətəndaşlığı daşıyan suriyalı əməkdaşlar da SEPAH-ın yüksəkrütbəli zabitləri ilə birlikdə ölkəni tərk ediblər.

Həmin iki əməkdaş əlavə edib ki, suriyalı işçilərə 3 aylıq maaş verildikdən sonra evdə qalmaq əmri verilib. Bundan sonra İran səfirliyi və bütün təhlükəsizlik qurumları da tam boşaldılıb.

Məlumata görə, Hələbin Şaraa qüvvələri tərəfindən ələ keçirilməsindən sonra İran döyüşü dayandırıb və Əsəd ordusunun sürətlə çökməsinin ardınca ani şəkildə geri çəkilməyə məcbur olub.

Mənbənin yazdığına görə, təxminən 4000 dörd İran hərbçisi Xmeymim bazası vasitəsilə Tehrana göndərilib, digərləri isə quru yolla İraq və Livana keçiblər:

“Geriçəkilmə o qədər tələsik həyata keçirilib ki, İran zabitlərinin pasport və şəxsi sənədləri boşaldılmış bazalarda qalıb”.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 544 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 544 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 544 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 544 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 544 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 544 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 544 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 544 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 544 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 544 baxış
Seçilmişlər
icon