Pleyeri seçin:

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldi - Baku TV

19 noyabr 2026 89 baxış

ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə saziş bağlayıb.

Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset Karakasda Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşün yekunlarına dair bildirib. 

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ tərəfi Bolivar Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

"ABŞ və Venesuela silahlı qüvvələrin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, hərbi sahədə qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəlib. Biz bu gün müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə dair sazişi imzalamaq imkanına görə minnətdarıq", – deyə Pit Heqset qeyd edib. 

Sənəd Karakasda prezident sarayında imzalanıb.

Amerikalı nazirin sözlərinə görə, Vaşinqton ABŞ hərbçilərinin təcrübəsindən və Venesuela silahlı qüvvələrinin imkanlarından istifadə edərək müdafiə tərəfdaşlığını dərinləşdirməyə ümid edir.

Delsi Rodriqes hərbi əlaqələrin bərpa olunmasını alqışlayaraq qeyd edib ki, bu, Bolivar Milli Silahlı Qüvvələrinin hazırlığını yaxşılaşdırmağa, onların təchizatını müasirləşdirməyə və yeni texnologiyalara çıxışı təmin etməyə imkan verəcək.

Onun sözlərinə görə, əməkdaşlıq iki ölkəyə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək. 

Banner
Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Dünya
19 noyabr 2026 89 baxış
Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Dünya
19 noyabr 2026 89 baxış
İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

Dünya
19 noyabr 2026 89 baxış
Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Dünya
19 noyabr 2026 89 baxış
Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Dünya
19 noyabr 2026 89 baxış
Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Dünya
19 noyabr 2026 89 baxış
“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

Dünya
19 noyabr 2026 89 baxış
Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Dünya
19 noyabr 2026 89 baxış
Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Dünya
19 noyabr 2026 89 baxış
Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Dünya
19 noyabr 2026 89 baxış
Seçilmişlər
icon